11:46 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:46 28.09.2021

28 sentyabr


01:45 28.09.2021

Tarix yazan xalq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Könülləri şad edən aksiya
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
00:24 03.04.2019


Sumqayıtda yaşayıram. Əlli ilə yaxındır ki, bu şəhərdə bir yerə gedib-gələndə ictimai nəqliyyatdan istifadə edirəm.

Hörmətli redaksiya!

İlk dəfə qarşılaşdığım mənzərə mənə o qədər xoş təsir bağışladı ki, təəssüratımı sizinlə bölüşmək qərarına gəldim.

Bir neçə nəfərlə dayanacaqda avtobus gözləyirdik. Bu zaman dörd gənc bizə yaxınlaşıb salam verib xoş günlər arzulayandan sonra Sumqayıtın tarixi, şəhərdə görülən quruculuq işləri barədə qısa məlumat verdilər. Avtobusa minəndə onların ikisi mənə kömək etdi. Avtobusun salonunda isə sərnişinlərə Sumqayıtın inkişafını əks etdirən bukletlər payladılar.

Yerə düşəndə də mənə kömək edib gül verdilər. Gediş haqqımı ödəmək istəyəndə dedilər ki, bu gün 6 və 13 nömrəli marşrutlar pulsuz işləyir. Səbəbini soruşanda dedilər ki, həmin marşrutlarda "Nəqliyyat könüllüləri” devizi altında maarifləndirici aksiya keçirilir. Belə tədbirlər şəhərin digər marşrutlarında da olacaq.

Hərdən yolum Bakıya da düşür. Buradakı ictimai nəqliyyatda dəfələrlə şahidi olmuşam ki, (özü də tək mən yox) cavan oğlanlar, qızlar, yeniyetmələr oturub telefonla oynayır, yaşlı insanlar ayaqüstə gedirlər. Görəsən, həmyaşıdları onların ata-analarına, nənə-babalarına qarşı belə hərəkət etsələr, buna necə baxarlar? Bu barədə düşünürlərmi? Düşünmürlərsə, çox pis! Vaxt gələcək bu sualı zaman özü onlara verəcək.

Rəhimə QOCAYEVA,

Sumqayıt



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM