25 Fevral 2021 19:26
688
CƏMİYYƏT
A- A+

Konstitusiya Məhkəməsinin sədri onlayn formatda keçirilmiş beynəlxalq tədbirdə iştirak edib

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev fevralın 24-25-də Çexiya Respublikası Konstitusiya Məhkəməsinin sədrliyi ilə onlayn formatda keçirilmiş Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatı Sədrlərinin iclasında və Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının XVIII Konqresində iştirak edib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sədrlərin iclasında Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası ilə Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatı arasında Memorandumun imzalanması, Təşkilata növbəti sədrlik edən Konstitusiya Məhkəməsinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə olunub.

Konqresdə Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio, habelə konstitusiya ədliyyəsi üzrə regional təşkilatlara sədrlik edən Çexiya Respublikasının Konstitusiya Məhkəməsinin sədri Pavel Rıxetski, Qazaxıstan Respublikasının Konstitusiya Şurasının sədri Kayrat Mami və Anqola Konstitusiya Tribunalının sədri Manuel Araqao açılış nitqləri ilə çıxış ediblər.

Konqresin praktiki hissəsində milli qanunvericilikdə təsbit olunmuş insan hüquqları, beynəlxalq hüquq müstəvisində əksini tapan insan hüquqları, Konstitusiya məhkəmələri tərəfindən bir sıra hüquqların müdafiəsi və konstitusiya ədalət mühakiməsi ilə bağlı digər məsələlər üzrə məruzələr dinlənilib.

Tədbirin yekununda qəbul edilmiş qərara əsasən, növbəti üç il ərzində Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatına sədrlik Moldova Respublikası Konstitusiya Məhkəməsinə keçib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video