25 Sentyabr 2012 02:09
911
Konstitusiya məhkəməsi
A- A+

Konstitusiya Məhkəməsinin sədri Gürcüstanda beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmişdir

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Konstitusiya Məhkəməsinin sədri G.Papuaşvilinin dəvəti ilə "Şərq tərəfdaşlığı" ölkələrinin Konstitusiya məhkəmələrinin milli qanunvericiliyin "Acquis Communautaire" ilə uyğunlaşma prosesində rolu" mövzusunda beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Avropa İttifaqı ilə Şərqi Avropa ölkələri arasında "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində həyata keçirilən hüquqi əməkdaşlıqda Konstitusiya məhkəmələrinin rolu müzakirə olunmuşdur. Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Belarus, Litva, Latviya, Sloveniya, Çexiya və digər Şərqi Avropa ölkələrinin Konstitusiya məhkəmələrinin sədrləri, hakimləri və nümayəndələrinin iştirak etdiyi konfransda Konstitusiya məhkəmələri tərəfindən Avropa İttifaqı hüququnun məhkəmə praktikasında tətbiqi, milli qanunvericiliyin ümumi Avropa hüququ məkanına inteqrasiya edilməsi, vətəndaşların Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun təmin olunması və digər məsələlər müzakirə edilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə "Hüquq normasının şərh edilməsi vasitəsilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin milli qanunvericiliyin təkmilləşdirilməsində rolu" mövzusunda məruzə ilə çıxış etmişdir.

Səfər zamanı Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin Aparat rəhbəri Rauf Quliyev bəzi Şərqi Avropa ölkələrinin Konstitusiya məhkəmələrinin nümayəndə heyətləri ilə görüşlər keçirmiş və məhkəmələrin hakim heyətləri və aparatları arasında əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video