02:03 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinə dair hesabat iclası keçirilib
ANA SƏHİFƏ / KONSTITUSIYA MƏHKƏMƏSI
07:02 13.02.2017

Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2016-cı ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası açan Fərhad Abdullayev ötən il respublikamızda bir çox mühüm dövlət və beynəlxalq tədbirlərin keçirildiyini vurğulayıb. Fərhad Abdullayev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən, Əsas Qanuna dəyişikliklərin edilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə rəy verib. Sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı respublikamızda ümumxalq səsverməsi - referendum keçirilib. Səsvermənin nəticələrinə əsasən, Konstitusiyaya təklif edilən dəyişikliklərin hamısı yüksək faizlə dəstəklənib.

Fərhad Abdullayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır və buna görə bütün dövlət qurumları tərəfindən vətəndaşların şikayətlərinə çox diqqətlə yanaşılmalıdır” fikrini xüsusi vurğulayaraq, bununla bağlı Aparatın müvafiq şöbələrinə vətəndaşların ərizə və şikayətlərinin diqqətlə araşdırılması barədə tapşırıqlar verildiyini bildirib. Qeyd olunub ki, dövlət qurumları tərəfindən vətəndaşların qəbulu, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı Azərbaycan Prezidentinin göstərişlərinə əsasən Konstitusiya Məhkəməsinin rəhbərliyi vətəndaşların müraciətlərinin diqqətlə dinlənilməsi, araşdırılaraq həll olunması üçün tədbirlər görülməsini tapşırıb.

İclasda Aparat rəhbərliyinin çıxışları, müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, tərtib olunan arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülüb.

Bildirilib ki, ötən il daxil olmuş sorğu, müraciət və şikayətlərə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 30 qərar və qərardad qəbul edilib. Konstitusiya Məhkəməsinin palataları tərəfindən isə 503 qərardad qəbul edilib. Həmin qərar və qərardadlarda mülki, cinayət, əmək, vergi və hüququn digər sahələrinin məsələlərinə dair Azərbaycan Respublikası Konstitusiyasının müddəaları nöqteyi-nəzərdən hüquqi qiymət verilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Konstitusiya Məhkəməsinə daxil olan bütün sorğu və müraciətlərlə bağlı rəylər tərtib edilib. Ötən il məhkəməyə daxil olan şikayətlər əsasən mülkiyyət hüququn pozulması, məhkəmə qərarlarının icra olunmaması, ailə, vergi, mülki, əmək münasibətləri, alqı-satqı, torpaq sahələrinin ayrılması, özəlləşdirmə, sahibkarlıq fəaliyyəti, mübahisələr və s. ilə bağlı olub.

Vurğulanıb ki, ötən il Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələri daha da möhkəmlənib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, habelə bir çox xarici ölkələrin Konstitusiya məhkəmələri ilə məhkəmə-hüquq əməkdaşlığı daha da inkişaf etdirilib. Konstitusiya Məhkəməsi qəbul etdiyi bütün qərarlarında dövlətdaxili qanunvericiliklə yanaşı, beynəlxalq müqavilə və məhkəmə praktikasına diqqət yetirir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclasa yekun vuraraq qeyd edib ki, 2016-cı ildə respublikamızda bir çox mühüm dövlət və beynəlxalq tədbirlər keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin milli qanunvericilik bazasının müasir hüquq sisteminə uyğunlaşdırılmasını nəzərdə tutan bir sıra fərman və sərəncamlar imzalayıb. Dövlətimizin başçısının rəhbərliyi ilə beynəlxalq əlaqələr sahəsində davamlı addımlar atılır. Bütün bunlar regionun lider dövləti olan Azərbaycanın sürətli inkişafını, beynəlxalq arenada mövqeyinin güclənməsini bir daha təsdiqləyir.

Konstitusiya Məhkəməsinin sədri 2016-cı ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması üçün Aparatın struktur rəhbərlərinə tapşırıqlarını çatdırıb.

İclasın sonunda iş planlarına əsasən, 2017-ci ildə Aparatın qarşısında duran vəzifələrlə bağlı bir sıra tapşırıqlar verilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM