25 Aprel 2012 01:04
600
Elm və texnika
A- A+

Kompyuterləri polis adından «həbs» edən virusa 13 ölkədə rast gəlinib

 

Kompyuter təhlükəsizliyi ilə məşğul olan "F-Secure" kompaniyasının yaydığı məlumata görə, əsasən Avropa ölkələrində minlərlə kompyuter istifadəçisi növbəti kibernetik cinayətin qurbanı olub. Sistem boşluqlarından keçən virus kompyuterin işini tamamilə dayandırdıqdan və nəzarəti ələ keçirdikdən sonra istifadəçiyə aid məlumatları cinayət mərkəzinə ötürür. Bu məlumatlar əsasında qurbanların mənsub olduğu ölkəni, dili müəyyənləşdirən cinayətkarlar istifadəçilərə yerli polis adından məktub göndəriblər. Onlara guya qanundankənar (pornoqrafik, terrorizm məzmunlu) saytlara  daxil olduqları üçün kompyuterdən istifadələrinə yasaq qoyulduğu bildirilib, bərpa müqabilində  müəyyən məbləğ (100 funt-sterlinq) cərimə tələb edilib.

Bu cinayətdən daha çox Almaniya və Böyük Britaniya vətəndaşları əziyyət çəkib. İndi hüquq-mühafizə orqanları cinayətin təşkilatçılarını və icraçılarını axtarmaqla məşğuldur. 

"F-Secure" ekspertlərinin fikrincə, kompyuterlərin bu virusa yoluxmasının səbəbi istifadəçilərin internet brauzerlərinin və onların plaginlərinin, eləcə də əməliyyat sisteminin proqram yeniləmələrini aparmayacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video