25 Noyabr 2012 12:11
981
Səhiyyə
A- A+

Kök və kök suyunun faydası

 

Qış aylarının ən bol tərəvəzlərindən biri olan kök və kök suyu sağlam qidalanmaq üçün olduqca xeyirlidir. Zəngin vitamin və mineral tərkibi ilə vücudun gündəlik tələbatını qarşılamaq məqsədilə kök ən yaxşı təbii vasitələrdən biri hesab olunur.

Kök və kök suyu az miqdarda kaloriyə malik olmasına baxmayaraq qidalandırıcı tərəvəz sayılır. Arıqlamağa və çəkini sabit saxlamağa olduqca yardım edir. Yemək yeyərkən arada 1-2 ədəd kiçik kök də yesəniz, bu insanda toxluq hissi yaradacaq.

Kök və kök suyu qaraciyərin funksiyalarının qorunması və sinir sisteminə yaxşı təsir göstərir. Dərini canlandırır, gözəlləşdirir.  Yaşlanma ilə bağlı olan ağrı və sızıltıları kök suyu içərək azalda bilərsiniz. Təbii A vitamini mənbəyi olduğu üçün gözün sağlamlığını, görmə qabiliyyətini artırır. Sümük ağrıları və osteoporoz əleyhinə də faydalıdır. Tərkibindəki kalium xolesterol və hipertansiyaya qarşı mübarizədə güclü vasitədir.

Öd kisəsi və qaraciyər fermentlərinin fəaliyyətinin tənzimlənməsində təsiredici gücə malikdir. Piylənməni azaldır. Tərkibindəki E vitamini xərçəng şişlərinin əmələ gəlməsinə mane olur.

Kök suyu güclü antioksidant olan betakarotinlə zəngin olduğu üçün toxumaların pozulmasının qarşısını alır. Yaşlanma prosesini ləngidir. Bir az limon və zeytun yağı əlavə edilərək hazırlanan kök salatı zehni açır, öyrənməni sürətləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video