16:11 12 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:55 11.04.2021

Zamanın bayraqdarı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:54 06.03.2021

 

Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən də faydalana bilər.

Bunun üçün elektron platforma və ərazi məşğulluq mərkəzləri ilə yanaşı, Bakı şəhəri və ölkənin regionlarında fəaliyyət göstərən KOB dostlarına da müraciət edilə bilər.

2019-2020-ci illərdə 400-ə yaxın vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün KOBİA-nın xidmətlərindən yararlanıb.

“COVID-19” pandemiyası ilə əlaqədar 2020-ci ildə özünüməşğulluq proqramı çərçivəsində təlimlərə cəlb edilmədən vətəndaşlara aktivlərin  biznes plan əsasında verilməsi prosesində də KOBİA fəal iştirak edib. Belə ki, 2020-ci ildə Xaçmaz, Quba və Qusar rayonlarından olan 70-dən çox vətəndaşa biznes planların hazırlanmasında dəstək göstərilib. Həmçinin KOBİA proqram çərçivəsində icra olunan “Sosial bağlar” layihəsində də iştirak edir: Ötən il Agentlik tərəfindən Lənkəran, Quba, Qusar, Xaçmaz və Şamaxı rayonlarından olan 40-a yaxın vətəndaşa bağların salınmasında dəstək göstərilib.

Qeyd edək ki, KOBİA özünüməşğulluq proqramına 2 istiqamətdə dəstək göstərir. Belə ki, agentlik proqrama qoşulmaq istəyən vətəndaşların məlumatlandırılması, müvafiq sistemdə qeydiyyata alınması və məşğulluq mərkəzləri ilə əlaqələndirilməsinə köməklik göstərir, proqrama cəlb olunmuş şəxslərin təlimlərində və onlara aktivlərin verilməsində iştirak edir. Növbəti mərhələdə proqram çərçivəsində öz təsərrüfatını qurmuş şəxslərə KOBİA tərəfindən biznesin planlaşdırılması, məsləhət xidmətləri, güzəştli maliyyə resurslarına və satış bazarlarına çıxış və s. istiqamətlərdə ödənişsiz dəstək və xidmətlər təqdim olunur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM