21 Oktyabr 2011 06:10
507
DÜNYA
A- A+

Klinton gözlənilmədən Əfqanıstana səfər etdi

 

ABŞ-ın dövlət katibi Hillari Klinton Əfqanıstana səfər etmişdir. Bu barədə "Frans Press" agentliyi xəbər verir. Geniş ictimaiyyətə səfər barədə heç bir məlumat verilməmişdir. Dövlət Departamentindəki yüksək vəzifəli mənbə bildirmişdir ki, Klintonun Kabilə səfərinin məqsədi ölkədə vəziyyətin "diplomatik tənzimlənməsi" yollarını müzakirə etməkdir. Səfər zamanı Klinton Əfqanıstan Prezidenti Həmid Kərzayla görüşmüşdür. Xatırladaq ki, dövlət katibi Əfqanıstana ölkənin eks-prezidenti, Ali Barışıq Şurasının rəhbəri Burhanəddin Rəbbaninin qətlindən bir ay sonra səfər etmişdir. Rəbbani Taliban hərəkatının nümayəndələri ilə danışıqlar aparırdı. Onun ölümündən sonra danışıqlar faktiki olaraq yarımçıq qalmışdır.  Klintonun Əfqanıstan rəhbərliyi ilə görüşü zamanı sülh danışıqlarının gələcək formatı da müzakirə edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video