09 Noyabr 2014 12:11
573
Oxucu məktubları
A- A+

Kitabxana mənim ikinci evimdir

 

Kəndimizin tarixi qədimdir. Ərazisindəki XVIII əsrə aid Xəlifə Zəkəriyyə türbəsi, Pələngkiştə xatirə bulağı, Voriyətibə abidəsi ziyarətgaha çevrilmişdir.

1858-ci ildə fransız yazıçısı Aleksandr Düma Pələngkiştə xatirə bulağını ziyarət etmiş, burada bir igid qadının balta ilə pələngi öldürərək ailəsini faciədən xilas etməsini yerli camaatdan eşidib "Qafqaza səyahət" kitabında qələmə almışdır. Bu əsər kitabxanamızda var və həvəslə oxunur.

65 yaşı tamam olan kənd kitabxanası 1949-cu ildə müəllim İbrahim Mirzəyevin təşəbbüsü ilə məktəbin istifadəsiz qalmış sinif otağında yaradılmışdır. Kitabxanaya ilk kitabları - 200 nüsxə bədii ədəbiyyatı kəndin ziyalıları hədiyyə etmişlər. Kitabxana iki il ictimai əsaslarla fəaliyyət göstərmişdir. Sonra ştat ayrılmış, Bakı Kitabxanaçılıq Texnikumunun məzunu Heybət Qafarov uzun illər burada işləmişdir. Onun fəaliyyəti dövründə kitabxana respublika müsabiqəsinin qalibi olmuş, Mədəniyyət Nazirliyinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin II dərəcəli diplomuna layiq görülmüşdür.

Bu gün də bu kitabxana Lerikin qabaqcıl mədəniyyət müəssisələrindən sayılır. Rayon mərkəzləşdirilmiş kitabxana sistemi bizim iş təcrübəmizi rayondakı müəssisələrdə yaymışdır.

Artıq kitab fondunu 11 min nüsxəyə çatdırmışıq. Nəşrlərin əksəriyyəti Azərbaycan dilində latın qrafikası ilə çap olunmuş kitablardır. Buradan 370 nəfər oxucu istifadə edir. Onların arasında ziyalı da var, fəhlə də, evdar qadın da.

Bədii qiraət gecələri, yeni nəşrlərin təqdimatını keçirmək kitabxanamızda ənənəyə çevrilmişdir. Belə tədbirlərə ziyalıları, kəndimizin sayılıb-seçilən adamlarını dəvət edirik. Müzakirələr iştirakçılarda maraq doğurur və beləcə oxucularımızın sayı artır.

Diyarşünaslıq sahəsində də uğurlarımız var. Son 40 ildə Lerik haqqında çap olunmuş yazılardan, lentə köçürdüyümüz televiziya və radio verilişlərindən kartoteka da yaratmışıq. Rayonun ictimai həyatı ilə tanış olmaq istəyənlər bu mənbələrə müraciət edib ətraflı məlumat alırlar.

Kitabxana mənim ikinci evimdir. Niyə də olmasın? 25 ildir ki, burada çalışır, atamın yolunu davam etdirirəm.

 

Töyfə QAFAROVA,

Lerik rayonundakı Cəngəmiran kənd kitabxanasının müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video