16 Dekabr 2012 12:12
428
Təhsil
A- A+

Kimyaçılara peşə sertifikatları təqdim olundu

 

ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində "Azərikimya" İstehsalat Birliyinin ikinci peşə kursunu bitirmiş bir qrup əməkdaşına  qazla kəsmə peşəsi üzrə sertifikatların təqdimolunma mərasimi keçirilmişdir.

"Azərikimya" İB-in Etilen-Polietilen Zavodu və Təmir-Tikinti İdarəsinin 15 əməkdaşı Təlim-Tədris Mərkəzində təşkil olunmuş bir aylıq ikinci peşə kursunda iştirak edərək, daha çox ehtiyac duyulan qazkəsici ixtisasına yiyələnmişdir. Respublikanın bu sahə üzrə yüksək ixtisaslı mütəxəssisləri tərəfindən həyata keçirilən praktik təlimlərdən, sınaq-yoxlama işlərindən və test imtahanlarından sonra kursu bitirənlərə beynəlxalq statusa malik sertifikatların verilməsi qərara alınmışdır.

Sumqayıt Təlim-Tədris Mərkəzində keçirilən mərasimdə "Azərikimya" İB Müşahidə Şurasının sədri Muxtar Babayev, Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov çıxış edərək yeni peşəyə yiyələnən kimyaçıları təbrik etmiş, onlara çalışacaqları yeni sahədə uğurlar arzulamışlar.

Onu da bildirək ki, Sumqayıt Təlim-Tədris Mərkəzində hər il "Azərikimya" İB-in tələbatına uyğun təxminən 500 nəfər kimyaçının beynəlxalq standartlara cavab verən ixtisasartırma və ikinci peşə kurslarında iştirak etməsi nəzərdə tutulur.

 

Akif ƏLİYEV,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video