08:57 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli Sərəncamında dəyişiklik edilməsi və Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər barədə
ANA SƏHİFƏ / SƏRƏNCAMLAR
00:45 27.12.2020


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və təhsil infrastrukturunun müasirləşdirilməsi məqsədilə qərara alıram:

1. "Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 178, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 1-ci hissəsinin 9-cu bəndi ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə "Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 108 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 6,98 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsini və Azərbaycan Respublikası Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin;

2.2. "Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar üç ay müddətində zəruri tədbirlər görsün;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Mingəçevir Şəhər İcra Hakimiyyəti bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2020-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM