17:28 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kim necə qazanır
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
07:09 30.09.2011

 

Bir dəfə Quba tərəfdən bir tanışım gileyləndi ki, bir hektar meyvə bağından 5-6 min manat qazana bilmir. Ancaq bizdə fermerlər bundan 10 dəfə az torpaq sahəsindən o pulu çıxarırlar. Sahibkar Elbrus Qasımov təcrübəli aqronomdur. Uzun müddət ictimai təsərrüfatda çalışıb. Torpaq islahatından sonra isə ailəsini başına yığaraq istixana düzəldib, sellofan örtüyün altında faraş tərəvəz yetişdirir. Yoldaşı, iki oğlu və gəlini  ilə birlikdə 1,5 hektar örtülü sahədə xiyar-pomidor əkib becərir.

İndi kənddə S.Qasımovun təcrübəsi geniş yayılır.

Bütövlükdə Şəmkir rayonu, eləcə də Muxtariyyə kəndi  faraş tərəvəz yetişdirməkdə ad çıxarıb. Kənddə 450 istixana təsərrüfatı fəaliyyət göstərir. Ən az əkənin yeri on sotdur. Mövsüm ərzində həmin on sotdan beş-altı min manat gəlir götürülür.

Elbrus Qasımov, Oqtay Qurbanov və Qoca Qasımov kimi təcrübəli sahibkarlar isə azı bir-iki hektar sahəyə xidmət edirlər. Özü də bu yerlərdə ildə iki dəfə məhsul yığılır. Elə ki xiyar-pomidor dövrü sovuşur, göy-göyərti, şüyüd, keşniş, cəfəri, ispanaq əkilir. Kəndimizdən hər gün Rusiya bazarlarına beş-altı maşın yola salınır. Mövsüm ərzində təqribən iki min ton xiyar-pomidor müxtəlif bazarlara gedir.

Torpaqdan səmərəli istifadə edildiyinə görə hər ailənin gəliri-qazancı artır. Təkcə bir faktı deyim ki, bizim kəndimizdə son bir neçə ildə iki yüzdən çox fərdi ev tikilib, yaxud əsaslı surətdə təmir olunub, yenidən qurulub.

Halal zəhmət işgüzar sahibkara gəlir-qazanc gətirir, xoş güzəran yaradır. Hamı yaxşı bilir ki, bu, həm də dövlət müstəqilliyinin bəhrəsidir.

 

Qabil ƏLİYEV,

Şəmkir rayonu, Muxtariyyə kənd bələdiyyəsinin sədri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM