27 Dekabr 2011 02:12
366
DÜNYA
A- A+

Kim Çen In Koreya Əmək Partiyası MK-nın sədri oldu

 

Dünən şimali koreyalı "böyük varis" Kim Çen In Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin sədri vəzifəsini tutaraq rəsmən onun rəhbəri olmuşdur. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

Bununla əlaqədar KXDR-nın aparıcı "Rodon Sinmun" qəzeti oxucularını "əziz yoldaş Kim Çen Inın başçılıq etdiyi partiyanın Mərkəzi Komitəsini müdafiə etmək üçün canlarını əsirgəməməyə" çağırmışdır. Bundan əvvəl KXDR-in yeni rəhbəri silahlı qüvvələrin ali baş komandanı vəzifəsinə yiyələnmişdir. Beləliklə, Kim Çen In ölkənin həm siyasi, həm də hərbi elitasına rəhbərliyi ələ keçirmişdir.

Xatırladaq ki, Şimali Koreyanın "böyük rəhbər"i Kim Çen İr dekabrın 17-də vəfat etmişdir. O sabah dəfn olunacaq. Ölkədə matəm ayın 29-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video