17 Iyul 2016 12:07
788
Oxucu məktubları
A- A+

Kəndlərə avtobus xətlərinin bərpasını istəyirik

Şəhərlər, rayonlar abadlaşır, yeni yollar çəkilir, infrastruktur yaradılır. İnsanların maddi rifah halı yüksəlir. Lerik də isitisna deyil. Qazanılan uğurlar hamımızı sevindirir.

Amma bəzi problemlər hələ də həllini gözləyir. Lerikin əksər kəndlərindən rayon mərkəzinə gedib-gəlmək çox çətindir:  marşrut avtobusları yoxdur. Bu səbəbdən camaat rayon mərkəzinə, eləcə də ətraf kəndlərə getmək və  qayıtmaq üçün məcbur qalıb taksi fəaliyyəti göstərən sürücülərə müraciət edir. Qiymətlər də heç münasib deyil. Bizim Bradi kəndi mərkəzdən 52 kilometr aralıdır. Nədənsə fərdi taksiçiliklə məşğul olan sürücülər bir sərnişini rayon mərkəzinə az qala Bakı qiymətinə aparırlar. Bu da məhdud maddi imkanlı  insanlara qətiyyən sərfəli deyil.

Hörmətli redaksiya!

Kəndimizin, eləcə də digər yaşayış məntəqələrinin sakinləri adından Lerikdə kənd marşrut avtobuslarının bərpa olunmasını xahiş edirik.     

 

Zəfər ORUCOĞLU,

Lerik rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video