23 Iyul 2017 12:07
774
Oxucu məktubları
A- A+

Kəndimizin problemləri həllini tapır

 

Kəndimizdə içməli su problemi həmişə aktual olub. Özü də bu problem  kənd öz tarixi yerindən - dədə-baba yurdundan köçürüldükdən sonra yaranıb.

Sovet hakimiyyəti, kollektivləşmə zamanı, keçən əsrin 30-cu illərində Böyük Qafqaz dağ silsiləsinə daxil bir zirvədə - meşəli, bol bulaqlı-çeşməli səfalı bir yerdə yerləşmiş Qəşəd kəndi iqtisadi maraqlar naminə  arana köçürülüb. 10 kilometr aşağıda - dağın “ayağ”ında salınan yeni yurdda havanın hərarəti dağdakı yurda nisbətən ən azı 5 dərəcə isti, ərazi tamamilə boş, torpaq xam və susuz olub.  Sonralar min-bir əziyyətlə qədim məskəndən borularla kəndə su çəkilib, iki yerdə bulaq qoyulub. Bu da illər sonra sıradan çıxmağa, dağılmağa başlayıb və kənd sakinləri uzun zaman sudan korluq çəkib. Qızmar yay aylarında əhalinin əziyyəti daha da artıb. Bağ-bostan yetişdirmək, təsərrüfat yaratmaq çətin olub.

Müstəqillik dövründə, xüsusilə son illər kəndimizin sosial qayğıları ardıcıl, sistemli həll edilməyə başlanılıb. Dövlət qayğısı kəndimizi də əhatə edib - avtomobil yolu yenidən qurulub, əvvəlcə işıq, sonra qaz xətləri yenilənib. Beləcə hər ev bu enerji növləri ilə  fasiləsiz təmin edilib. Köhnə kənd məktəbinin yerində müasir tipli təhsil kompleksi tikilib. Daxili imkanlar və ictimai təşkilatların yardımı ilə kəndarası yollar, qəbiristanlığın ətrafı abadlaşdırılıb.

Budur, nəhayət kəndimizin su problemi də qismən həll edilmək üzrədir: Yaponiya hökumətinin yardım proqramı çərçivəsində kəndimizdə yeni içməli su sistemi qurulub. Bu sistem 10 kilometr uzunluğunda mənbədən kəndə qədər çəkilmiş boru xəttindən, 42 tonluq su anbarından, 3 bulaqdan ibarətdir və artıq istifadəyə verilib. Bura 8 supaylayıcı məntəqə də daxildir. Növbəti mərhələdə bu məntəqələrdən məhəllələrə və həyətlərə fərdi xətlər çəkiləcək. Onu da qeyd edək ki, yerli imkanlar hesabına su anbarının tutumu 38-dən 42 tona, paylayıcı məntəqənin sayı 3-dən 8-ə çatdırılıb.  Layihənin açılış mərasiminə Yaponiyanın ölkəmizdəki səfiri, həmçinin rayonun rəhbər şəxsləri də gəlmişdilər. Kəndimizin problemlərinin həllində bilavasitə iştirak edən, bizə diqqət və qayğı göstərən hər kəsə, xüsusilə dövlət orqanlarına, həmçinin bu siyasətə dəstək verən Yaponiya səfirliyinə sakinlər adından təşəkkürümüzü bildiririk. 

 

Şahbaba QƏNBƏROV,

Ağsu rayonu, Qəşəd kəndi

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video