25 May 2014 12:05
524
Oxucu məktubları
A- A+

Kəndimizə su çəkilişi yarımçıq qalıb

 

Şəki rayonunun Şəki kəndinin əhalisi çox zəhmətkeş və mehribandır. Kəndin əsası ötən əsrin 60-cı illərində qoyulub. Kənd əhalisi əsasən Ermənistandan, Qırğızıstandan və Gürcüstandan ayrı-ayrı vaxtlarda köçüb gəlmiş və ya qaçqın düşmüş soydaşlarımızdan ibarətdir. Erməni işğalı nəticəsində yurd-yuvasından didərgin düşmüş qarabağlılardan da bu kəndə üz tutanlar olub.

Kənddə əsas məşğuliyyət üzümçülük, əkinçilik və maldarlıqdır. Yaşlı insanların dediyinə görə, Şəki kəndinin yeri keçmişdə "trud düzü" adlanan, ilanlar mələyən bir ərazi olub. Ölkə rəhbərliyinin qayğısı və insanların işgüzarlığı sayəsində indi kəndimiz çox dəyişib, inkişaf edib. Ancaq qeyd edim ki, uzun illərdir içməli və suvarma suyu ilə bağlı çətinliklərimiz var. Yay aylarında çətinlik bir az da artır. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramına əsasən kəndimizə öz axarı ilə 14 km uzunluğunda beton kanalla su çəkilişinə başlanmışdı. Həmin kanalın 8 kilometrlik hissəsi çəkiləndən sonra iş Cəyirli kəndi ərazisində dayandı. Dövlət proqramında isə su çəkilişi bizim kəndə qədər nəzərdə tutulmuşdu. Kəndimizdə artezian və su mənbəyi də yoxdur. Ancaq inanırıq ki, bu çətinliklər aradan qaldırılacaq və dövlət proqramında nəzərdə tutulmuş bənd tam icra ediləcək.

 

Zərifə MƏMMƏDOVA,

Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şəki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video