Kəndimiz simasını dəyişir
Ölkə Prezidentinin təşəbbüsü ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası kənddə yaşayan insanların da həyat tərzini dəyişir, onlara sevinc və rahatlıq gətirir. Götürək elə bizim Bağbanlar kəndini.
Bu kənd Biləsuvar rayonunun mərkəzindən 6-7 kilometrlik məsafədə yerləşir. Kənd başdan-başa bağ-bağat içindədir. Sakinləri işgüzar, zəhmətsevər və çalışqandırlar. Əkinçiliklə, maldarlıqla məşğul olurlar. Kənddə mindən çox təsərrüfat, 4 min 650 nəfər əhali var. Sakinlərə mədəniyyət evi, kitabxana, həkim məntəqəsi, poçt şöbəsi, 300 yerlik ATS, neçə-neçə ticarət və iaşə obyekti xidmət göstərir.
Kəndimiz qazlaşdırılmışdır. Hər bir evdə “mavi alov” şölələnir. Bir neçə il əvvəl “modul” tipli su xəttinin istifadəyə verilməsi əhalinin hədsiz sevincinə səbəb olmuşdur. Elektrik enerjisi fasiləsiz verilir. Kəndarası yollar abadlaşdırılmışdır. Bu günlərdə isə kəndimizi rayon mərkəzi ilə birləşdirən yolun 2,5 kilometrlik hissəsinə asfalt döşənməsi gediş-gəlişi daha da asanlaşdırmışdır. Dediyim odur ki, indi bu kənddə yaşamaq da xoşdur, işləmək də. Kəndimizin bu günü gözəldir. İnanırıq ki, onun sabahı bundan da gözəl olacaq.
Bilirik ki, bu rahatlığı bizə bəxş edən müdrik dövlət başçısı cənab İlham Əliyevdir. Elə buna görə də aprel ayının 11-də keçirilən prezident seçkilərində yekdilliklə ona səs verdik.
Araz CƏFƏROV,
Biləsuvar rayonu, Bağbanlar kənd tam orta məktəbinin müəllimi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
25 Aprel
“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqı...
25 Aprel
Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!