19:10 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kənddə yeni mədəniyyət evinə ehtiyac var
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
02:09 03.09.2011

 

Dağbilici Şabran rayonunun ucqar kəndlərindən biridir. Rayon mərkəzindən 15 kilometrlik məsafədə, dağlar qoynunda yerləşən bu kənd ətraf yaşayış məntəqələrindən füsunkar təbiəti, yaşıllığı ilə fərqlənir.

Dağbilicililər oxuyub-çalmağı, şənlik etməyi xoşlayırlar. Bəlkə elə buna görə də 1986-cı ildə bu kənddə yaradılan "Xına yaxdı" xalq folklor ansamblı Dağbilicini rayonda və respublikada məşhur edib. Di gəl ki, Azərbaycanda öz folklor qrupu ilə tanınan bir kəndin mədəniyyət evi yaxşı vəziyyətdə deyil.

Kənddə olan köhnə mədəniyyət evi 1956-cı ildə inşa edilib. Hazırda tamam yararsız vəziyyətə düşdüyündən uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Mədəniyyət evinin müdiri Rəna Ağasıyeva əlaqədar təşkilatlara müraciət etsə də, hələlik dəqiq bir söz deyənin olmadığını bildirir.

Respublikamızın bir çox bölgələrinə vaxtaşırı turist səfərlərinin şahidi oluruq. Gözəl təbiəti ilə ətraf kəndlərdən fərqlənən Dağbilici tezliklə turistlərin sevimli ünvanına çevrilə bilər. Oraya təşrif buyuranlara kəndin belə mədəniyyət evinin olduğunu göstərmək üz qaralığından başqa bir şey deyil. Amma gələn qonaqlar, turistlər üçün yeni mədəniyyət evi tikilərsə, hamı sevinər. Kənd sakinləri dəyişən kəndin simasına, folklor qrupu onlar üçün yaradılan şəraitə, dağlara üz tutan turistlər isə bir qədər şəhərdən aralanmalarına, saf kənd həyatına qovuşmalarına sevinərlər.

 

İldırım DƏMİRLİ



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM