03 Sentyabr 2011 02:09
614
Oxucu məktubları
A- A+

Kənd yolları yeniləşir

 

Doğrusu, yaşadığımız ərazidə kənd yollarının yaxın vaxtlarda abadlaşmasına inamımız azalmışdı. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ilin aprel ayında Astaraya səfərindən sonra vəziyyət dəyişdi, kənd yollarının yenidən qurulmasına sərəncam verildi. Ən qısa müddətdə bərbad vəziyyətdə olan yolların çoxu abadlaşdırıldı, yenidənqurma işlərinə başlanıldı.

Astara-Bala Şahağac yolunun açılışında iştirak edən dövlət başçısı demişdir: "Baxmayaraq ki, bu, kənd yoludur, gözəldir. Bütün beynəlxalq standartlara cavab verir. İndi bütün kənd yollarımız bu səviyyədə olmalıdır". Belə təpərli və dəyərli qiymətdən sonra Astaranın digər kənd yollarında da ciddi abadlıq işlərinə başlanmışdır. Bir neçə gün ərzində 3,8 kilometr məsafəni əhatə edən Kijəbə-Ojəkəran və 3,5 kilometr məsafəni birləşdirən Kijəbə-Qaçimardə yolunda abadlıq işləri başa çatmışdır. Hazırda minlərlə kənd sakini bu yolun xidmətindən faydalanmaqla ölkə rəhbərliyinə minnətdarlığını bildirir. Biz inanırıq ki, yaxın vaxtlarda rayonumuzun ən ucqar dağ kəndlərində də müasir tələblərə cavab verən yollar çəkiləcək. Bunun üçün imkan da var, şərait də. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bölgələrə səfəri regionların inkişafı çərçivəsində nəzərdə tutulan işlərin daha sürətlə yerinə yetirilməsinə təkan verir. Ona görə də biz cənab Prezidentin hər gəlişini səbirsizliklə gözləyir, onun yürütdüyü siyasəti ürəkdən bəyənirik.

 

Müslüm QƏNBƏROV,

Astara rayon Ojəkəran kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video