16 Iyun 2021 15:21
915
İQTİSADİYYAT
A- A+

Kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun 42-ci sessiyasında çıxış edib

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 42-ci sessiyası davam edir. İki ildən bir keçirilən beynəlxalq tədbir bu il ilk dəfə olaraq onlayn formatda baş tutub. FAO-nun 42-ci sessiyasının açılış mərasiminə dünyanın müxtəlif ölkələrindən 119 nazir və nazir müavini olmaqla rekord sayda - 1300 nəfərdən çox iştirakçı qatılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Qida və kənd təsərrüfatının mövcud vəziyyəti: kənd təsərrüfatı sisteminin qida sisteminə çevrilməsi: Strategiyadan fəaliyyətə” adı altında keçirilən iclas İtaliya Prezidenti Sergio Mattarella və Roma Papası Fransiskin tədbir iştirakçılarına müraciəti ilə başlayıb. Müraciətlərdə COVID-19 pandemiyasının aqrar istehsal sistemlərinə təsirinə toxunulub, ərzaq təhlükəsizliyinin və yeni çağırışlara uyğun dayanıqlı inkişafın təmin edilməsinin vacibliyi vurğulanıb.

Açılış nitqində FAO-nun Baş direktoru Qu Donqyu COVID-19 pandemiyasının bütün dünya üzrə ərzaq təhlükəsizliyi və qidalanma səviyyəsinə mənfi təsirlərini azaltmaq, qarşıda duran hədəflərə çatmaq üçün kompleks fəaliyyətin zəruri olduğunu qeyd edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində COVID-19 pandemiyasına qarşı qlobal mübarizə tədbirlərinə fəal şəkildə töhfə verir. Azərbaycan hökuməti pandemiyanın aqrar sahəyə və fermerlərin rifahına təsirini minimuma endirmək üçün operativ və lazımi tədbirlər görüb. 2020-ci ildə Azərbaycanda aqrar sahədə 2 faiz artım qeydə alınıb.

Diqqətə çatdırılıb ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ bölgəsini yaşıl enerji zonası elan edib. Bu ərazilərdə kənd təsərrüfatı ən yaxşı texnologiya və təcrübələri özündə ehtiva edən “ağıllı kənd” konsepsiyasına əsasən inkişaf etdiriləcək. Bu hədəf FAO-nun müxtəlif ölkələrdə kəndlərin rəqəmsallaşma yolu ilə gələcəkdə “ağıllı kənd”ə çevrilməsi planına uyğun gəldiyindən Azərbaycan bu istiqamətdə sıx əməkdaşlığa hazırdır. Bununla yanaşı, digər strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir.

Konfransda iqlim dəyişikliyi, ətraf mühti qorunmaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı, qlobal əməkdaşlıq çərçivəsində fundamental transformasiya yolu ilə dayanıqlı kənd təsərrüdatı sisteminin qurulması əsas müzakirə mövzularından olub. Tədbir iştirakçıları kənd təsərrüfatında elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video