01:15 26 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:48 26.09.2021

27 sentyabr saat 06:00...


00:45 26.09.2021

Qüdrətin nümayişi


00:37 26.09.2021

27 sentyabr


00:32 26.09.2021

Vətən olan torpaq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kənd normal elektrik enerjisi ilə təmin olundu
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
02:51 06.11.2018


"Azərbaycan” qəzetinin 19 avqust 2018-ci il tarixli nömrəsində "Biganəlik” rubrikası altında "İşıqlarımız tez-tez sönür” sərlövhəli oxucu məktubu dərc olunmuşdur.

Məktubda göstərilirdi ki, Lerik rayonunun Bradi kəndində yerli təşkilatların biganəliyi üzündən işıqlar tez-tez sönür. Köhnəlmiş elektrik dirəklərinin naqillərini qaydaya salmaq heç kəsin yadına düşmür. Bu işə məsul olan şəxslər vəzifə borclarını işıqpulu yığmaqla bitmiş hesab edirlər.

Yazı ilə əlaqədar Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun imzası ilə cavab məktubu almışıq. Məktubda deyilir: "Lerik rayonunun Bradi kəndinin enerji təchizatı 35/10 kv-luq Hamarat yarımstansiyasından çıxan 3 saylı Siyov 10 kv-luq hava xəttindən qidalanır. 3 saylı Siyov 10 kv-luq hava xətti və Bradi kəndinin 10/0.4 kv-luq hava xətləri 1967-ci ildə istifadəyə verilmişdir. Uzun illər hava xətlərində əsaslı təmir-bərpa işləri aparılmamışdır. 2015-ci ildən Bradi kəndinin 10/0.4 hava xətlərində təmir işlərinə başlanılmışdır. 2016-cı ildə 18 ədəd 0.4 kv-luq çürük ağac dayaq yeni dəmir dayaqla əvəz olunmuşdur. Bildiririk ki, 3 saylı Siyov 10 kv-luq və Bradi kəndinin 10/0.4 kv-luq hava xətlərinin tam yenidən qurulmasına ehtiyac vardır. Bradi kəndinin 10/0.4 kv-luq hava xətlərinin əsaslı təmiri və yenidən qurulması Lerik Rayon Elektrik Şəbəkəsinin 2019-cu il üzrə planına salınmışdır. Hazırda Bradi kəndi normal elektrik enerjisi ilə təmin olunur. 2018-ci ilin sonuna qədər rayon elektrik şəbəkəsinə mal-material daxil olan kimi kəndin elektrik hava xətlərində təmir-bərpa işləri aparılacaqdır”.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM