21 Oktyabr 2012 12:10
447
Oxucu məktubları
A- A+

Kənd ağsaqqallarının çay məclisi

 

Fotomüxbirimiz Ağaəli Məmmədovun arxivindəki bu şəkil 2002-ci ildə çəkilib. Şəkildəki Separadi kənd ağsaqqalları arasında yaşı 60-ı ötən, 100-ü haqlayanlar da var.

Zaman aramsız olaraq axıb gedən çaya bənzəyir. Onun məcrasından sular yox, milyonlarla insanın taleyi ömür adlı bir dənizin sonuncu mənzilinə doğru axır. Nə yaxşı ki, zamanın bir anını yaddaşında qoruyub saxlaya bilən fotoaparat və bu anları məqamında çəkən Ağaəli kimi fotojurnalistlər var. Zaman ötüb gedir, şəkillər isə sonrakı nəsillərə yadigar qalaraq dil açıb danışa bilir.

"Separadi" sözünün etimologiyası üç hissədən ibarət kənd mənasındadır. Bəzən üç yerdən köç edib gələnlər kimi də izah olunur.  Separadi Lənkəran rayonunda qədimliyi və zəngin folklor ənənələri ilə seçilir. Ağbirçəklərdən ibarət "Bacılar" ansamblı bu kəndin şöhrətini bütün ölkəyə yayıb.

Elə şəkildəki ağsaqqalların da simalarında qəribə bir nur, işıq var. Yaşadıqları ömürdən zövq alan, həyatın sınaqlarından qalib çıxan nikbin görkəmləri var. Alınlarında taleyin çətinliklərindən iz salan hər qırışın öz hekayəti var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video