24 Yanvar 2021 00:25
1116
İQTİSADİYYAT
A- A+

Kələntərli kəndinin su dəyirmanı

 

Bərdə rayonunun Kələntərli kəndindəki su dəyirmanı bütün bölgədə məşhurdur. Həmin dəyirmanda istehsal olunan unun yüksək keyfiyyəti istehlakçılar tərəfindən yüksək dəyərləndirilir.

Bu günlər yolumuzu adını eşidib özünü görmədiyimiz dəyirmandan saldıq. Kələntərli kəndinin sakini İsmayıl Əliyev ötən əsrin sonlarında öz təşəbbüsü ilə sadə və sərfəli kiçik bir dəyirman qurub. Bu, o vaxtlara təsadüf edirdi ki, onda ölkədə çörək qıtlığı vardı. Bərdə şəhərinin, eləcə də rayonun əksər kəndlərinin əhalisi yeganə çörək zavodunun ümidinə qalmışdı. O zaman çörək zavodunda hətta gecələr də uzun növbə olardı.

İsmayıl Əliyev camaatı bu problemdən xilas etmək üçün öz təşəbbüsü və yaradıcılığı ilə sadə prinsiplə çalışan kiçik bir dəyirman qurdu. Qərbi Azərbaycanın Dərələyəz mahalından olan İsmayılın uşaqlığı Göyçədə keçib. Orada Arpa çayının sahilindəki su dəyirmanında un üyütdüklərini şirin xatirə kimi unutmur.  Kələntərli kəndində dəyirman tikməyə qərar verəndə də məhz o xatirələr karına gəldi.

Dəyirman üçün vacib olan əsas şərt dayanıqlı su mənbəyi idi. O da burda vardı. Köhnə Mayom arxının kənarında bünövrə töküb tikinti işlərinə başladı. Çox qısa bir zamanda dəyirmanı işə saldı. Yavaş-yavaş sorağı ətrafa yayıldı. İndi qonşu rayonlardan da gəlib buradan un alırlar. Dəyirmanın gündəlik istehsal gücü 250-300 kiloqramdır. Bu undan bişirilən çörəyin dadı da, ətri də fərqlidir. Axı dəyirmanda hər şey təbiidir. Hər hansı bir kimyəvi qatqıdan söhbət gedə bilməz. Bu dəyirmanı, onun məhsulunu adamlara sevdirən də məhz təbii olmasıdır.

Sağ ol, İsmayıl kişi, halal olsun çörəkdən qazandığın çörək sənə!

 

Lazım QULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video