10 Sentyabr 2021 00:37
470
İQTİSADİYYAT
A- A+

Kəlbəcərdə yaylaq mövsümü başa çatır, qoyunçuluq təsərrüfatları qışlaqlara qayıdır

 

Kəlbəcər yaylaqlarında yaylaq mövsümü başa çatmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyinin iyun ayında həyata keçirdiyi pilot layihə çərçivəsində Kəlbəcər yaylaqlarına köçürülmüş qoyunçuluq təsərrüfatları artıq qışlaqlara qayıtmağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Kəlbəcər yaylaqlarının zəngin bitki örtüyü heyvandarlıqla məşğul olan kəlbəcərli fermerlərin üzünü güldürüb. Fermerlər 3 ay ərzində heyvanlarda heç bir xəstəlik müşahidə olunmadığını, ətlik sort qoyunların çəkisinin iki dəfə artdığını qeyd edirlər.

Fermer Nurəhməd Məmmədovla söhbət edirik. Deyir ki, Kəlbəcər torpaqları qiymətli torpaqlardır. “Bu il təsərrüfatımızı Kəlbəcər yaylaqlarına gətirdik. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları daim bizi diqqətdə saxlayıblar. 1200 baş xırdabuynuzlu heyvan gətirmişik. Üç aydan çoxdur ki, heyvanlarımız burada qalır. Yaylaq mövsümü 5-10 günə bitir və biz də təsərrüfatımızı Aran bölgəsinə aparacağıq”, - deyə o bildirib.

Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köçürülmüş təsərrüfatların yenidən qışlaq bölgələrinə qaytarılması prosesinin təşkilinə başlayıb. Nazirliyin şöbə müdiri Vüqar Hüseynovun sözlərinə görə, hazırda Kəlbəcər ərazisinə köçürülmüş 6 təsərrüfatdan ikisinin qışlağa qayıdışı başa çatıb: “Hazırda Kəlbəcərin Sarıyer yaylağındayıq. Pilot layihənin həyata keçirildiyi üç ay ərzində nazirliyimizin əməkdaşları tərəfindən yaylaqlara köçürülmüş təsərrüfatlarda davamlı olaraq monitorinqlər keçirilib. Monitorinqlərin əsas məqsədi yerlərdə mövcud olan riskləri dəyərləndirmək və yaylağa köç etmiş təsərrüfatlarda çalışan fermerlərin dislokasiya nöqtələrində davranışlarını qiymətləndirməkdir. Bu qiymətləndirmələr növbəti mövsümdə yaylaqlara təsərrüfatların köçürülməsində mühüm rol oynayacaq. Pilot layihə çərçivəsində nazirlik tərəfindən Kəlbəcər yaylaqlarına 6 qoyunçuluq təsərrüfatı köçürülüb və apardığımız monitorinqlər göstərir ki, yaylaqların bitki örtüyü, yem potensialı heyvanların inkişafına kifayət qədər müsbət təsir göstərib. Fermerlər də qeyd edirlər ki, heyvanların çəkisi iki dəfə artıb, ətlik istiqamətdə müsbət nəticələr əldə olunub. Yaxın günlərdə pilot layihənin icra müddəti başa çatır. Qoyunçuluq təsərrüfatlarının rəhbərləri tərəfindən heyvanların qışlaq zonasına köçürülməsi ilə bağlı nazirliyə müraciətlər olub”.

Nazirlik rəsmisi bildirir ki, Kəlbəcər yaylaqlarına qoyunçuluq təsərrüfatlarının köçürülməsi ilə bağlı pilot layihə bütün istiqamətlərdə uğurla başa çatıb.

“Yaylaqlara təsərrüfatların köçürülməsi işğaldan azad olunmuş ərazilərə qayıdışın ilk mərhələsi hesab olunur. Nəticə etibarilə bu mərhələ uğurla başa çatıb. Bu münasibətlə kəlbəcərli fermerlərimizi, Azərbaycan xalqını, aqrar sektorda çalışan bütün insanları təbrik edirik”, - deyə V.Hüseynov əlavə edib.

Qeyd edək ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Kəlbəcər yaylaqları sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olub. Rayonun Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqlarında zəngin ehtiyat bitki örtüyü mövcuddur. İşğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqların imkanından yararlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video