09:55 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


23:15 16.06.2021 Səfər başa çatdı
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb - ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
 
ANA SƏHİFƏ / SİYASƏT
16:33 11.05.2021

Kəlbəcər rayonunda yerləşən dağların ətəklərindəki qar əriməyə başladıqdan sonra belə bir mənzərənin şahidi olduq: Azərbaycanın bu əzəli torpaqları işğal altında olarkən Ermənistan silahlı qüvvələri tərəfindən yüzlərlə, hətta minlərlə mina yerləşdirilmişdir və bu minalar, sözün əsl mənasında, hər addımbaşı basdırılmışdır. Bu, Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin daha bir əyani sübutudur. Artıq onlarla hərbi qulluqçumuz və mülki şəxslərimiz bu işarələnməmiş mina partlayışlarının qurbanı olub. Bir milyondan çox azərbaycanlı məcburi köçkün hələ də Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi səbəbi ilə öz yurdlarına qayıda bilmir, belə ki, onların həyat və sağlamlıqları hələ də təhlükə altındadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib.

“Bu, Ermənistan tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasının və beynəlxalq hüquqa açıq-aşkar etinasızlığın sübutudur. Azərbaycan ombudsmanı mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə yeni faktlar və sübutları çatdıraraq, işarələnməmiş minalar və onların insan həyatı üçün potensial təhlükəsi ilə bağlı narahatlığımızı bir daha təkrar edərək, müvafiq beynəlxalq strukturlardan Ermənistandan bu minalanmış ərazilərin xəritələrinin verilməsi üçün tədbirlər görmələrini tələb edir”, - deyə açıqlamada vurğulanıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM