15 Yanvar 2012 12:01
427
Təhsil
A- A+

Kəlbəcər rayon incəsənət məktəbində istedadlı uşaqları üzə çıxaran görüş

 

Ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılmış  Azərbaycan Milli Konservatoriyasının 10 yaşı tamam olur.

AzərTAc xəbər verir ki, bu münasibətlə konservatoriyanın rektoru professor, xalq  artisti Siyavuş Kərimi Gəncə şəhəri Gülüstan qəsəbəsində, Azərbaycan Dövlət Aqrar Universitetinin 6 nömrəli yataqxanasında Kəlbəcər rayon incəsənət məktəbinin müəllim və şagird kollektivi, valideynlərlə görüş keçirmişdir.

Tədbirdə məktəbin istedadlı şagirdlərinin ifaları dinlənilmişdir. Məcburi köçkün uşaqlarının ifalarında "Şuşanın dağları" xalq mahnısı, "Heyratı" muğamı və "Mirzə Hüseyn" segahı alqışlarla qarşılanmışdır. Eyni zamanda, uşaq aşıqlar ansamblı "Şirvan" gözəlləməsini, xor kollektivi isə "Bayram" və "Ağacda alma" mahnılarını ifa etmişlər. Şagirdlər həmçinin tarda, kamançada və pianinoda bacarıqlarını nümayiş etdirmişlər.

Professor Siyavuş Kərimi çıxış edərək məktəbin müəllimlərinə və şagirdlərinə tövsiyələrini vermişdir.

Sonda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov məcburi köçkün uşaqları arasında istedadlıların üzə çıxarılmasında  və milli musiqimizin inkişafına verdiyi töhfələrə görə S.Kərimiyə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video