08 Dekabr 2011 01:12
626
Oxucu məktubları
A- A+

Keçmişini unudanın gələcəyi olmur

 

Hörmətli redaksiya!

Yaşım 70-i ötsə də, əlimə qələm alıb sizə yazmaq, məni narahat edən fikirlərinizlə bölüşmək istədim. Ötən əsrin çətinliklərini, İkinci dünya müharibəsindən keçən uşaqlığımızı xatırlayıram. Qəribəsi odur ki, bu günkü gənclərin bizim sürdüyümüz ömür, rastlaşdığımız çətinliklər haqqında heç bir anlayışları, məlumatları yoxdur. Buna həm təəccüblənir, həm də təəssüflənirəm.

 Müasir gənclərin həyat səviyyəsi yüksəlir, tələbləri də təbii ki, artır. Onlar yaxşı yaşayır, firavan dolanır, bundan da artığına nail olmaq istəyirlər. Ancaq keçmiş unudulduqca uşaqlarımız soy kökündən aralı düşür, güvənc yerlərini də itirirlər. Əslində, ötən nəsillərin çətinliklərini, həyatın pis üzünün  nədən ibarət olmasını bilmək bu gün cavanlarımızı torpağa, vətənə daha dərindən bağlayar.  Təəssüf ki, bu istiqamətdə kütləvi informasiya vasitələri demək olar ki, heç bir fəaliyyət göstərmirlər. Mövcud  telekanallar bəsit şoulara daha böyük üstünlük verirlər. Bu söz, şou burulğanında ən vacib milli dəyərlərimiz, ən gözəl əxlaqımız iflasa uğrayır.

Öz uşaqlığımı xatırlayıram - qazmada yaşayardıq. Babat işığı, pəncərəsi də olmazdı. Qazmanı nəinki  indiki evlərlə, hətta tövlə ilə belə, müqayisə etmək mümkün deyil. Bizə başqasının paltarını geyindirərdilər, elə sevinərdik ki, elə bil təp-təzədir.   Dolanışıq da asan deyildi. Valideynlərimizin qazandığı bir tikə çörəyə də min dəfə şükür edərdik. Kiçicik ovuntu belə, süfrədən kənara düşəndə öpüb gözümüzün üstünə qoyardıq.

Nəvələrimə bu haqda danışıram ki, həyatın tərs üzü haqqında anlayışları olsun. Amma gərək bunu telekanallar eləsin. Gəncləri maarifləndirsin və tərbiyələndirsin. 

Yəni, boş tərifdənsə, tutarlı müqayisələr aparsınlar, mənasız şüarlardansa zamanlar arasındakı fərqləri və təzadları araşdırsınlar. Daha çox yüksək əxlaqı, mənəviyyatı olan və bəşəri dəyərlərə qiymət verə bilən müxtəlif sənət adamlarını, elm və bilik sahiblərini efirə çıxarsınlar. Telekanalları şoumenlərin əsarətindən qurtarsınlar.

Yeni söz, iti ağıl dövlətçiliyin özülünə atılan binə daşı qədər güclü və etibarlıdır.

 

Əhməd RÜSTƏMOV,

Xaçmaz rayon Ağsaqqallar Şurasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video