07 Aprel 2013 03:04
320
Təhsil
A- A+

Kaspi Təhsil Mərkəzi tərəfindən V Beynəlxalq təhsil sərgisi təşkil olunmuşdur

 

Aprelin 6-da Bakıda Kaspi Təhsil Mərkəzi tərəfindən V Beynəlxalq təhsil sərgisi təşkil olunmuşdur.

AzərTAc xəbər verir ki, sərginin açılışında çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycanda beynəlxalq təhsil sərgilərinin ənənə halını aldığını bildirmişdir. Bu ənənənin təməli Kaspi Tədris Mərkəzi tərəfindən qoyulmuşdur. Hər il sərgidə iştirak edən universitetlərin  sayı artır. Hər dəfə bu sərgilərdən sonra biz gənclərimizin xarici təhsil müəssisələrinə qəbul olunduğunun şahidi oluruq. Belə sərgilər Azərbaycan gənclərinin daha yaxşı təhsil alması üçün dünyanın ən qabaqcıl universitetlərinin proqramlarından bəhrələnmək imkanını yaradır.

Sərgidə əsasən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin göndərilməsi üçün nəzərdə tutulan universitetlər iştirak edirlər.

Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva demişdir ki, sərginin məqsədi xarici mütəxəssislərin iştirakı ilə dünyanın qabaqcıl universitetlərindəki təhsil imkanları barədə tələbə və gəncləri maarifləndirmək və Kaspi Təhsil Mərkəzinin köməyi ilə onların həmin universitetlərə çıxışlarını təmin etməkdir.

Sərgidə 8 ölkəni təmsil edən 14 müxtəlif universitet və təhsil müəssisəsi təmsil olunmuş, eyni zamanda, dünyanın ən yaxşı 150 ali təhsil ocağı siyahısında olan Qlazqo, Aston, Reading universitetlərinin, həmçinin müxtəlif təqaüd proqramlarının təmsilçiləri iştirak etmişlər.

Sərgidə təmsil olunan universitetlər və digər ölkələrin təhsil sistemi ilə yaxından tanışlıq imkanı yaradılmışdır. Xaricdə təhsilə maraqlı olan gənclərin universitetlərin nümayəndələri ilə görüşləri və birbaşa konsultasiya almaları üçün sərginin növbəti günü Kaspi Təhsil Mərkəzində seminar və təqdimatların təşkili planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video