14 Sentyabr 2011 02:09
479
Təhsil
A- A+

Kaspi Təhsil Mərkəzi müstəqil təhsil məkanında aktual və novator layihələri ilə daim fərqlənir

 

Kaspi Təhsil Mərkəzi müstəqil təhsil məkanında aktual və novator layihələri ilə daim fərqlənir.

AzərTAc xəbər verir ki, bu sözləri "Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva Kaspi Təhsil Mərkəzinin ənənəvi hesabat tədbirində demişdir.

S.Vəliyeva qeyd etmişdir ki, təhsil mərkəzində vaxtilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ekspert qruplarında çalışmış peşəkar müəllim kollektivi toplanmışdır. O bildirmişdir ki, mərkəz 2010-2011-ci tədris ilində abituriyentlərin ali məktəblərə qəbulu üzrə yüksək nəticələr göstərmişdir. Mərkəzin kurslarını bitirmiş abituriyentlərdən  92 faizi yüksək bal toplayaraq ali məktəblərə daxil olmuşdur. Bununla da mərkəzdə yeni tədris mexanizmi və metodlarının uğurla tətbiq edildiyi sübuta yetirilmişdir.

S. Vəliyeva  onu da diqqətə çatdırmışdır ki, mərkəz cari ildə Bakı şəhəri üzrə bir sıra məktəblərdə pulsuz sınaq imtahanları keçirmiş, bu imtahanlarda 3000-ə yaxın şagird iştirak etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video