22:25 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kardioloq: Ürək-damar xəstələri normal həyatda riayət etdikləri qaydaları COVID-19 pandemiyası dövründə də gözləməlidirlər
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:44 25.12.2020

Son günlər xəstələr əsasən təngənəfəslikdən şikayət edirlər. Pandemiya dövründə şikayətlənən xəstədə, ilk növbədə, yeni növ koronavirus (COVID-19) olduğu inkar olunmalıdır. Bu, ilk növbədə anamnez, PZR testi vasitəsilə aparılan müayinələr nəticəsində edilməlidir. Təcrübəli kardioloq xəstənin şikayətlərinə əsasən narahatlıqların ürək mənşəli olub-olmadığını müəyyən edə bilər. Lakin bəzən yanaşı gedən xəstəliklər də olur. Ürək çatışmazlığından əziyyət çəkən xəstə COVID-19-a yoluxanda temperatur yüksəlir, ürək döyüntülərinin sayı və yoluxma ilə əlaqədar təngnəfəsliyi artır. Bu, heç də o demək deyil ki, ağciyərlər prosesə qoşulub, çünki temperatur yüksəldikcə ürək döyüntülərinin də sayı artır və nəticədə ürək çatışmazlığı şikayətləri yaranır. Digər bir hal isə ondan ibarətdir ki, bəzən ürək çatışmazlığı olan xəstə COVID-19-a yoluxması ilə əlaqədar olaraq kardioloqun yazdığı dərmanları dayandırır və yoluxma ilə əlaqədar olaraq S vitamini, çoxlu maye qəbul edir və bu zaman maye ilə yüklənmə nəticəsində ürək çatışmazlığı şikayətləri meydana gəlir

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universiteti Tədris-Cərrahiyyə Klinikasının invaziv kardioloqu Sara Bayramzadə deyib.

Onun bildirdiyinə görə, COVID-19 virus infeksiyası olsa da, təkcə ağciyərlərin yoluxmasına deyil, yanaşı olaraq ürək-damar sisteminin xəstəliklərinə də ciddi təsir göstərir: "Kardioloji xəstələr normal həyatda gözlədikləri qida pəhrizi qaydalarına, duzsuz diyetaya riayət etdikləri kimi COVID-19 pandemiyası dövründə də həmin qaydaları gözləməlidirlər. Bundan başqa həmin dövrdə bol meyvə-tərəvəzə üstünlük verməli, gün ərzində 5 qramdan artıq yodlaşdırılmış duz qəbul etməməlidirlər. Ürək çatıışmazlığı və arterial təzyiqi olan xəstələr həddindən artıq duzlu qidadan istifadə etdikdə orqanizmdə artıq maye toplanılmasına və ürək çatışmazlığının kəskinləşməsinə səbəb olur. Tünd çay içilməsi ürək döyüntülərinin sayını artırdığına görə onun qəbul edilməsi tövsiyə olunmur və açıq rəngli çaylardan istifadə edilməsi daha yaxşı olar. Təkcə ürək-damar xəstələrinə deyil, sağlamlıq problemi olmayanlara da gün ərzində 5 kilometr sürətli yeriş məsləhət görülür. Pandemiya dövründə məhdudiyyətlərlə əlaqədar açıq havada olmasa da, evin içində, eyvanda, dəhlizdə də iti addımlarla gəzmək mümkündür”.

Həkim-kardioloq COVID-19-la əlaqədar bəzi xəstələrdə yaranan panik atak barəsində bunları söyləyib: "Psixoemosional sferanın qəfləti olaraq kəskinləşməsi ilə müşayiət olunur və ilk növbədə xəstələrin kəskin təngnəfəsliyə səbəb olur. Nə qədər maarifləndirilsələr də, insanlar bəzən öz psixoloji aləmlərini idarə edə bilmirlər. Letallıq daha çox yanaşı xəstəliyi olanlar və COVID-19 infeksiyasına yoluxduğuna inanmayıb heç bir müalicə qəbul etmədən öz vəziyyətini ağırlaşdıranlar arasında baş verir. Xəstəliyin əlamətləri hiss olunmağa başlayan ilk günlərdə həkimə müraciət edən xəstə virus əleyhinə preparatlar və vitaminlər qəbul edərək əvvəlki sağlamlığına qovuşa bilər. Vaxtında ilkin əlamətləri ciddi qəbul edib ona məhəl qoymayan xəstələrə sonrakı mərhələdə heç bir müalicə kömək etmir. Ona görə də qorxu hissi, panik atak yaşamağa ehtiyac yoxdur. Bitki tərkibli sakitləşdiricilər, açıq havada olmaq və özünütəlqinlə vəziyyəti sakitləşdirmək, vaxtında müdaxilə ilə vəziyyəti aradan qaldırmağa çalışmaq lazımdır”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM