22:10 19 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Karateçilərimiz artıq Tokiodadırla
ANA SƏHİFƏ / İDMAN
00:56 30.07.2021

 

Azərbaycan karateçiləri Olimpiadada iştirak etmək üçün artıq Tokiodadırlar. “Tokio-2020”nin kumite yarışlarında F.Fərzəliyev (67 kq) və R.Ağayevi (75 kq) baş məşqçi Qurban Tağıyev, İ.Zaretskanı (61 kq) isə Denis Morozov müşayiət edəcək.

F.Fərzəliyev avqustun 5-7-də Nippon Budokan mərkəzində keçiriləcək yarışların birinci günündə yarışa qatılacaq. Ertəsi gün R.Ağayev, avqustun 7-də isə İrina Zaretska mübarizəyə qoşulacaqlar.

Beynəlxalq dərəcəli hakim Cahangir Babayev Olimpiadanın karate yarışlarının idarə olunmasında iştirak edəcək.

Qeyd edək ki, Olimpiadanın proqramına ilk dəfə daxil edilən karate yarışları kumite üzrə birləşdirilmiş 6 çəki dərəcəsi (3 kişi və 3 qadınlar) və kata çıxışlarından (kişi və qadınlar) ibarət olacaq. Hər çəki dərəcəsi və kata nümayişində 10 idmançı 2 qrupda çıxış edəcək. Qruplardan iki ən yüksək nəticə göstərən karateçi yarımfinalda, sonrakı mərhələnin qalibləri finalda, məğlub olanlar isə yeganə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Tokio Olimpiadasında 34 ölkəni təmsil edən 82 karateçi mübarizə aparacaq.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM