04:34 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kapital sabitliyi sevir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 14.10.2021

 

8 ayda ölkə üzrə əsas kapitala 8,2 milyard manatdan çox vəsait qoyulub

 

İki ilə yaxındır ki, dünya iqtisadiyyatı koronavirus pandemiyasının törətdiyi  fəsadlardan ciddi zərbələr alır. Ticarət əlaqələrinin minimuma enməsi, istehsalın aşağı düşməsi, iqtisadiyyata investisiyaların qoyulmasının azalması ilə müşahidə olunan bu proses son vaxtlar zəifləsə də, hələ onun tam aradan götürülməsindən danışmaq tezdir. Başqa sözlə, COVID-19 nə qədər ki dünyanın ətəyindən əl çəkməyib, onun fəsadları da müxtəlif səviyyələrdə qalmaqdadır.

Azərbaycan da qlobal dünyanın bir parçasıdır. Bu üzdən sözsüz ki, Azərbaycan iqtisadiyyatı da pandemiyanın sərt qadağalarından müəyyən qədər ziyan çəkir. Lakin dünyada baş verən hadisələrə çevik reaksiya verilməsi və önləyici tədbirlər sayəsində Azərbaycan dünyada pandemiyadan ən az iqtisadi itkilərə məruz qalan ölkələr sırasında yer almağa müvəffəq olub. Bunu statistik rəqəmlər də təsdiqləyir. 

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin dəyəri 2,6 faiz artaraq 32,1 milyard manat təşkil edib. Bu dövrdə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,4 faiz artıb.

Son məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 81,3 faizdir. Hesabat dövründə ümumi istehsalın 91,1 faizi sənaye məhsullarının istehsalı, 8,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Məlumdur ki, iqtisadiyyatın inkişafında kapital qoyuluşu önəmli rol oynayır. Xüsusilə xarici investisiyaların kapital qoyuluşunda əhəmiyyəti daha çoxdur. Bu gün ölkəmiz xarici investisiya qoyuluşunun həcminə görə MDB məkanında öncüllər sırasındadır. Hətta bu sahədə bir sıra Şərqi Avropa ölkələrindən də irəlidəyik. Özü də əvvəllər xarici kapital qoyuluşu neft sənayesinə yönəldilirdisə, indi qeyri-neft sektoruna da investisiya qoyuluşunda yüksək dinamika müşahidə olunur. 

Bunun başlıca səbəbi Azərbaycandakı mükəmməl qanunvericilik bazası ilə bağlıdır. Ölkəmizdə bu sahədə qəbul edilən qanunlar yabançı sərmayənin qorunmasına zəmanət verdiyi üçün xarici sərmayədarlarda ölkəmizə güvən yaranıb. İkinci amil isə iqtisadiyyatın dinamik inkişafıdır. Belə olan halda xarici investorlar əmin olurlar ki, yatırdıqları sərmayə qarşılığında qazanc əldə edəcəklər.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 924,9 milyon manat vəsait yönəldilib. Bu kapitalın 2 milyard 732 milyon manatı Birləşmiş Krallıq,  ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsusdur. Düzdür, pandemiyadan əvvəlki illərə nisbətən xarici investisiyanın yatırılması müəyyən qədər azalıb. Ancaq dünyanın indiki çətin şəraitində bu qədər investisiyanın qoyulması da müsbət haldır.

Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 259,4 milyon manat vəsait qoyulub. Daxili kapital qoyuluşunda qeyri-dövlət sektoru üstünlük təşkil edib. Belə ki, hesabat dövründə yatırılan ümumi sərmayənin 37,5 faizi dövlət, 62,5 faizi isə qeyri-dövlət sektorlarına məxsus olub. Bu onu göstərir ki, artıq ölkədə mükəmməl özəl sektor formalaşıb. Bu sektorun investisiya qoymaq imkanlarının yüksək olması həm də iqtisadi inkişafın göstəricisidir. Digər tərəfdən, özəl sektorun imkanlarının yüksək olması ölkənin ümumi iqtisadi inkişafının təmin edilməsində  və iqtisadi sabitliyin qorunmasında önəmli rol oynayır.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM