14 Oktyabr 2021 00:26
1155
DÜNYA
A- A+

Kanada 40 min əfqanıstanlı qaçqını qəbul edəcək

 

Kanada hökuməti ABŞ-ın və digər ölkələrin Əfqanıstandan təxliyə etdiyi 40 min yerli sakini qəbul etmək niyyətindədir. Bu barədə həmin ölkənin Baş naziri Castin Trüdo məlumat verib. O deyib: “Kanada 40 min əfqan qaçqınını qəbul edəcək və biz digər dövlətləri qaçqınların təhlükəsiz köçürülməsi üzrə öz səylərini aktivləşdirməyə çağırırıq”.

Trüdo həmçinin bildirib ki, Ottava  Qərb ölkələrinin hərbi kampaniyası zamanı kanadalı hərbi qulluqçulara kömək etmiş əfqanlar və onların ailə üzvləri ilə yanaşı, həm də statusları Kanadanın humanitar proqramlarına uyğun gələn əfqanıstanlıları qəbul edəcək. 

Xatırladaq ki, bir müddət əvvəl Kanadanın immiqrasiya, qaçqınlar və vətəndaşlıq məsələləri üzrə naziri Marko Mendiçino bildirmişdir ki, Ottava 5 minə yaxın əfqan qaçqınına sığınacaq verəcək. Kanada özü Əfqanıstandan 3700 nəfəri, o cümlədən Kanada vətəndaşlarını və qaçqınları təxliyə etmişdir. 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video