03 Sentyabr 2021 23:54
922
CƏMİYYƏT
A- A+

Kamran Əliyev: Türkiyə səfəri Azərbaycan nümayəndə heyəti üçün çox mühüm və vacibdir

 

Türkiyəyə səfərimiz qardaş ölkənin Ali Məhkəməsinin sədri Mehmet Akarca və adıgedən qurumun Baş prokuroru Bekir Şahinin dəvəti əsasında baş tutub. Səfərin iki əsas istiqamətini qeyd etmək istərdim. Bunlardan birincisi, Türkiyə Ali Məhkəmə və Ali Məhkəmənin Baş Prokurorluğunun inzibati binalarının açılış mərasimi idi. Bildiyiniz kimi, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Digər istiqamət isə yüksək instansiya məhkəmələrində mülki və cinayət işlərinə baxılması, eləcə də bu cinayət işlərinin baxılmasında prokurorluğun rolu mövzusunda beynəlxalq simpoziumda iştirak idi.

Bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.

Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrinin nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələrinin iştirak etdiyini xatırladan Kamran Əliyev deyib: “Bu baxımdan səfər və tədbirlərdə iştirak Azərbaycan nümayəndə heyəti üçün çox mühüm və vacibdir. Bildiyiniz kimi, burada həm Azərbaycan Respublikası Baş Prokurorluğu, həm də ölkəmizin Ali Məhkəməsi təmsil olunur. Səfər əsnasında biz Türkiyə ilə ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətində müxtəlif görüşlər keçirdik. Bundan əlavə tədbirdə iştirak edən digər ölkələrin baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə də görüşlərimiz oldu. Bu görüşlərdə Azərbaycanda, eyni zamanda, ölkəmizin prokurorluq orqanlarında son zamanlar həyata keçirilən islahatlar barədə həmkarlarımızı məlumatlandırdıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video