14:53 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kamran Əliyev: MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası hərtərəfli hüquqi əməkdaşlıq baxımından çox əhəmiyyətlidir
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:21 23.09.2021

 

MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultanda keçirilən 31-ci iclasında Azərbaycan da nümayəndə heyəti ilə təmsil olunur. Bu tədbir Azərbaycanın hüquq-mühafizə orqanları, o cümlədən prokurorluğu üçün mühüm hadisələrdən biridir.

Bu fikri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev sentyabrın 23-də Nur-Sultanda AZƏRTAC-a müsahibəsində deyib.

İclasın MDB iştirakçı dövlətlərinin Baş prokurorluqları ilə cinayətkarlığa qarşı mübarizə, prokurorluğun fəaliyyətinin müxtəlif sahələri üzrə hərtərəfli hüquqi əməkdaşlığın həyata keçirilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirən Kamran Əliyev deyib: “Bu tədbir, həmçinin digər ölkələrin prokurorluq orqanları ilə ikitərəfli əlaqələrin qurulması, inkişaf etdirilməsi, daha səmərəli əməkdaşlığın həyata keçirilməsi baxımından zəruri idi. Bu gün Qazaxıstan Respublikasının və Rusiya Federasiyasının Baş prokurorları ilə görüşlərimiz oldu. Həmin görüşlərdə ikitərəfli münasibətlərin daha da intensivləşdirilməsi məsələsi müzakirə edildi. Mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də “Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında” memorandumun imzalanması oldu. Memoranduma uyğun olaraq, gələcəkdə bu sahədə fəaliyyətimizi davam etdirəcəyik”.

İclas çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında keçirilən üçtərəfli görüşlə bağlı məlumat verən Kamran Əliyev qeyd edib: “Bu, bizim üçtərəfli formatda ikinci görüşümüz idi. Birinci görüş bu il yanvarın 12-də Moskvada baş tutmuşdu. Nur-Sultanda təşkil olunan görüşdə əsas məqsəd Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarının prokurorluq orqanlarına aid müvafiq bəndlərinin icrası ilə bağlı idi. İclasda bir sıra zəruri məsələlər müzakirə olundu və bu istiqamətdə Rusiya Baş Prokurorluğunun vasitəçiliyi ilə fəaliyyətimizi davam etdirməyi qərara aldıq. Hesab edirəm ki, bu sahədə də bizim fəaliyyətimiz müsbət nəticələr verəcək”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM