06 Oktyabr 2012 04:10
304
Elm və texnika
A- A+

Kainatın genişlənmə sürəti dəqiqləşdirilib

 

"Spicer" kosmik teleskopu ilə işləyən alimlər kainatın genişlənmə sürətini ən az xəta ilə müəyyənləşdirə biliblər. Əldə olunan göstərici astronomiya tarixində ilk müfəssəl vahid kimi dəyərləndirilib. NASA (ABŞ) Reaktiv hərəkət laboratoriyasının (JPL) açıqladığı məlumata görə, kainatın genişlənmə sürəti bir meqaparsekdə (aşağı-yuxarı saniyədə 2,1 xəta ilə) 74,3 kilometrdir. Bir meqaparsek təxminən 3 milyon işıq ilinə bərabər məsafədir.

Qeyd edək ki, bu son hesablama əvvəlkilərdən 3 dəfə daha dəqiqdir və burada xəta dərəcəsi də cəmi 3 faizdir.

Kainatın genişlənmə sürətinə "daimi Habbl" da deyilir. 1920-ci ildə amerikalı astronom Edvin Habbl kainatın genişləndiyini sübut etdikdən sonra bu prosesin daimi sürətinə onun adı verilib. Ötən əsrin sonlarına yaxın tədqiqatlar bu sürətin əslində zaman keçdikcə yüksəldiyini üzə çıxardı. Bunun sayəsində də kainatın yaşının hesabında dəqiqləşdirmə aparıldı.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video