27 Avqust 2021 18:27
464
DÜNYA
A- A+

Kabildə terror aktları nəticəsində ölənlərin sayı 170-ə yüksəlib

 

Əfqanıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, Kabil aeroportu yaxınlığında törədilmiş partlayışlar nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb.

AZƏRTAC CBS News telekanalına istinadla xəbər verir ki, həlak olanların əksəriyyəti Əfqanıstan vətəndaşlarıdır. Telekanal əlavə edib ki, terror aktlarında həyatını itirən 13 amerikalıdan 10-nun dəniz piyadası olduqları bildirilir. Pentaqon faktı təsdiqləyib.

Təsdiqlənməmiş məlumatlara əsasən, ölənlər arasında 32 kişi, üç qadın və üç uşaq var, digər 132 nəfərin şəxsiyyəti isə hələ müəyyəşməyib.

Avqustun 26-da Kabil aeroportu yaxınlığında törədilən partlayışların məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb. Bu ərəfədə NATO-nun nümayəndəsi, Əfqanıstandan təxliyə üzrə mülki əməliyyatların kordinatoru Stefano Pontekorvo “Messaggero” qəzetinə müsahibəsində belə bir fikir səsləndirib ki, Kabil İŞİD terror qruplaşması ilə taliblər arasında döyüş meydanına çevrilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video