16:31 22 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:47 30.07.2021

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 30-u saat 11:30-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 29-u günün birinci yarısında bəzi şimal və qərb rayonlarında yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağışın miqdarı Zaqatalada 24 (aylıq normanın 31 faizi), Balakəndə 20 (aylıq normanın 26 faizi), Astarada 12, Kişçayda (Şəki) 6, Qəbələ, Sarıbaş (Qax), Şəkidə 4, Lerik, Lənkəran, Daşkəsəndə 3, Göygöl, Gədəbəydə 2, Oğuz, Biləsuvar, Yardımlı, Göyçay, Maştağada 1 millimetrədək təşkil edib.

İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1° aşağı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-30°, Aran rayonlarında 26-31° isti, dağlıq rayonlarda 18°-dək isti, Naxçıvan Muxtar Respublikasında 27-34° isti olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM