10 Sentyabr 2011 12:09
474
MSK
A- A+

İxtisaslaşdırılmış kurslarda iştirak edən DSK sədrlərinə sertifikatlar təqdim edilmişdir

 

Sentyabrın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır.

AzərTAc xəbər verir ki, dairə seçki komissiyalarının sədrlərinə həmin kursları bitirmələri ilə bağlı sertifikatlar təqdim edilmişdir.

Sertifikatların təqdimat mərasimində çıxış edən MSK sədri Məzahir Pənahov bildirmişdir ki, sentyabrın

5-dən başlanan kurslar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamına əsasən keçirilmişdir. Kurslarda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, daxili işlər nazirinin müavini Oruc Zalov, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyi və Bakı Apelyasiya Məhkəməsinin məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri mühazirələr oxumuşlar.

MSK-nın sədri kursların həyata keçirilməsində əməyi olan digər şəxslərə təşəkkür etmiş, dairə seçki komissiyalarının sədrlərini bu kursları başa vurmaları münasibətilə təbrik etmişdir.

O qeyd etmişdir ki, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar sentyabrın

12-dən 14-dək isə DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçiriləcəkdir. Həmin kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin məsul işçiləri, rayon prokurorları, polis rəisləri, məhkəmə sədrləri, həmçinin dairə seçki komissiyalarının sədrləri mühazirələr oxuyacaqlar.

MSK sədri respublikada seçkilərin təkmilləşməsinə səbəb olan belə  tədbirin reallaşması üçün göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir. O, həmçinin respublikanın baş prokuroruna, daxili işlər və ədliyyə nazirlərinə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Bakı Apelyasiya Məhkəməsinin sədrlərinə təşəkkür etmişdir. M.Pənahov kursların işıqlandırılmasında yaxından iştirak etdiyinə görə, Azərbaycan Dövlət Teleqraf Agentliyinə - AzərTAc-a, "Azərbaycan" qəzetinə, İctimai Televiziyaya və kursların gedişi barədə ictimaiyyətə məlumat verən digər kütləvi informasiya vasitələrinə təşəkkür etmişdir.

Mərasimin sonunda Məzahir Pənahov dairə seçki komissiyalarının sədrlərinə seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları bitirmələri barədə sertifikatlar təqdim etmişdir.

Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video