23:21 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İtki
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
02:09 03.09.2011

 

Bu günlərin söhbətidir. Evimizin yaxınlığındakı "Gənclik" istirahət mərkəzində nəvəmlə gəzintiyə çıxmışdıq. Bir tərəfdən isti hava, balacanın şıltaqlığı elə çaşqınlıq yaratdı ki, kiçik əl çantamı itirdim.

Həmin çantada bəzi sənədlər, evimizin açarı, mobil telefonum və 70 manat pul vardı. Doğrusu, bu itkinin geri qayıdacağına inamım azalmışdı. Sən demə, halallığı, mənəvi zənginliyi hər şeydən üstün tutan, sonuncu ümidi göyərdən xeyirxah adamlar az deyil. Cəmi yarım saat sonra həmin əl çantasını tapan adam oğluma zəng edib geri qaytarmaq istədiyini bildirmişdi. Nə qədər cəhd göstərsək də, bu xeyirxahlığa görə heç bir təmənna ummayan Emin Əliyev bircə onu dedi ki, bu, hər birimizin vətəndaşlıq borcudur. Doğrusu, Eminin belə alicənablığı, səmimiyyəti və xeyirxahlığı cəmiyyətimizin sabahına inamı, etibarı artırır. İnanırıq ki, belə nəcib adamların təşəkkürə, minnətə ehtiyacı yoxdur. Onların bircə təsəllisi var: xeyirxah əməllərlə yaşamaq, mənəvi kamilliyə yetişmək, ömrü halallıqla, vicdanla başa vurmaq!

 

Mirseyfəl AĞAYEV,

Bakı şəhəri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM