08:59 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İtaliyanın nüfuzlu portalı Şuşadakı bərpa və yenidənqurma işlərindən yazıb
 
ANA SƏHİFƏ / SİYASƏT
14:56 23.09.2021

İtaliyanın nüfuzlu “Corriere Della Sera” qəzetinə bağlı “Euroactive” portalının italyan versiyasında Roma Sapienza Universitetinin tədqiqatçısı professor Daniel Pommier Vinçellinin “Bir il sonra Qarabağ: Şuşa yenidənqurma işlərinin mərkəzində” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə İkinci Qarabağ müharibəsinin ildönümü fonunda azad edilmiş ərazilərdəki vəziyyət, qarşıda duran məsələlər və Şuşa mərkəz olmaqla həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən danışılıb.

Azərbaycan ilə Ermənistan arasındakı münaqişəni asimmetrik müharibələrin indiki ssenarilərində qeyri-adi, xüsusi bir münaqişə kimi qiymətləndirən müəllifin fikrincə, bu münaqişə hər şeydən əvvəl iki dövlət, xalq və ordu arasında “ənənəvi” toqquşma olmaqla yanaşı, eyni zamanda, iki ideoloji anlayış arasında bir qarşıdurma idi: bir tərəfdə münaqişəni “türkdilli müsəlman” düşmənə qarşı sivilizasiyaların toqquşması kimi təqdim edərək, etnomillətçi xətt tutan işğalçı tərəf Ermənistan, digər tərəfdə isə mövqeyini beynəlxalq hüquq, ərazi bütövlüyünün bərpası, 1 milyondan çox qaçqın və məcburi köçkün azərbaycanlıların etnik erməni vətəndaşları ilə gələcəkdə birgə yaşamaqla evlərinə qayıtmaq hüququ üzərində quran Azərbaycan. Hər iki tərəfin mövqeyini müqayisə edən müəllif Ermənistandan fərqli olaraq, Azərbaycanın siyasi xəttində dini və ya etnik kimliklərə qarşı heç bir istinadın olmadığını diqqətə çatdırıb. “Xristian” Ermənistanın qəbilə və kimlik anlayışının Azərbaycanın dünyəvi, müasir və sivil baxışları ilə ziddiyyət təşkil etdiyini önə çəkən müəllif Azərbaycanın son on il ərzində hərbi güc və önəmli iqtisadi inkişafla üstünlüyə nail olduğunu qeyd edib.

Yazıda üçtərəfli Bəyanatın imzalanmasından ötən il ərzində baş verənləri sadalayan müəllif iki dövlətin sərhədlərinin delimitasiyası, azad edilmiş ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təmin olunması məsələlərinin hələ də açıq qaldığını bildirib.

Məqalədə, həmçinin üçtərəfli Bəyanatdan irəli gələn məsələlərin həllinin vacibliyi bildirilərək, Ermənistanın işğal zamanı dağıtdığı ərazilərinin yenidən qurulması işlərinin başlandığı qeyd olunub. “Azərbaycan öz növbəsində azad edilmiş ərazilərin maddi, iqtisadi və sosial yenidən qurulmasını sürətləndirir və yalnız dünyaya legitim suverenliyini deyil, eyni zamanda, Ermənistanın işğalı səbəbindən 30 ilə yaxın dünyadan təcrid olunmuş, kasıblamış, həyatı gücündən məhrum olunmuş bir əraziyə tərəqqi və müasirlik gətirdiyini göstərmək, bütün Qafqaz regionunda qarşılıqlı əlaqənin təmin olunması "güclü" yenidənqurma imicini irəlilətmək istəyir”, - deyə müəllif bildirib.

Müəllif yenidənqurma işlərinin mərkəzində XVIII əsrdə Qarabağ xanlığının paytaxtı kimi əsası qoyulan və azərbaycanlılar üçün böyük mənəvi dəyərə malik Şuşa şəhərinin olduğunu qeyd edib. Müəllif bir qala ətrafında inşa edilmiş dağ şəhəri olan Şuşanın məscidlər, hamamlar, karvansaralar, müasir üslublu binaları ilə "orta əsrlərin müsəlman" cazibəsini özündə əks etdirdiyini, Azərbaycan mədəniyyətinin bir çox görkəmli şəxsiyyətlərinin vətəni olduğunu vurğulayıb. 1990-cı illərin müharibəsinə qədər Şuşanın bölgədə azərbaycanlıların ən çox məskunlaşdığı mərkəz olduğunu xatırladan müəllif 28 ilik erməni işğalı dövründə şəhərin sistemli şəkildə məhvə məruz qaldığını və ruhlar şəhərinə çevrildiyini deyib. Müəllif Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada azad olunduqdan sonrakı 9 ay ərzində həm tamamlanmış, həm də davam edən bərpa, yenidənqurma işlərinin, eləcə də həyata keçirilən mədəni tədbirlərin şəhərin Azərbaycanın rəmzi mərkəzinə çevirmək iradəsinin göstəricisi olduğunu bildirib.

Şuşaya göstərilən diqqətdən bəhs edən müəllif məqalədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhərə səfərlərindən bəhs edib. Bildirib ki, həmin səfərlər çərçivəsində Molla Pənah Vaqif, Üzeyir Hacıbəyli kimi XVIII-XX əsrlər arasında şəhərdə yaşamış böyük Azərbaycan şəxsiyyətləri ilə bağlı abidələrin, muzey evlərinin, eləcə də bir sıra mədəniyyət mərkəzlərinin, mehmanxanaların açılışı edilib, habelə şeir və musiqi festivalları keçirilib. Şəhərdə görülən işləri siyasi və rəmzi əhəmiyyətə malik mədəni fəallıq kimi xarakterizə edən müəllif yenidənqurma işlərinin təxminən 30 illik münaqişədən sonra təkcə maddi deyil, həm də siyasi və mədəni xarakter daşıdığını diqqətə çatdırıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM