21:36 15 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
14:25 15.04.2021 Onlar bizə əmanət!
 

Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İtaliyada buzdan konsert zalı və musiqi alətləri hazırlanır
ANA SƏHİFƏ / DÜNYA
21:23 10.11.2018

Musiqisevərlər qış mövsümündə qeyri-adi konsertin şahidi olacaqlar. Amerikan heykəltəraşı Tim Linart buz materialından istifadə etməklə İtaliyanın Trentino şəhərindəki 2600 metr hündürlükdə yerləşən Prezena buzlağında 200 tamaşaçı yeri olan əsl konsert zalı inşa edəcək.

AZƏRTAC xəbər verir ki, 2018-ci il dekabrın 29-dan 2019-cu il martın 31-dək görünüşü ilə iynəni xatırladan bu tikilidə silsilə konsertlər təşkil olunacaq. Lakin tədbirin unikallığı yalnız onun keçirildiyi yerdən ibarət deyil. Musiqiçilər əsərləri tamamilə buzdan hazırlanmış alətlərdə ifa edəcəklər. Tim Linart bu musiqi alətlərinin səsinin gözəl olacağına əmindir. Qeyri-adi ansamblın üzvləri öz partiyalarını buzdan hazırlanan gitara, ksilofon, nəfəsli və simli alətlərdə səsləndirəcəklər.

Bu konsertin yeganə çatışmayan cəhəti isə soyuq zalda keçirilməsi olacaq. Ona görə də tamaşaçılar qalın paltarlar geyinməlidir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM