15 Oktyabr 2011 07:10
870
Milli Məclis
A- A+

İtaliyada Azərbaycana böyük maraq vardır

 

İtaliya Azərbaycan üçün vacib ölkədir. Azərbaycanın da İtaliya üçün mühüm əhəmiyyət kəsb etməsi əlaqələrimizin bütün sahələrdə inkişafı üçün zəmin yaratmışdır. AzərTAc xəbər verir ki, bu fikirlər Bakıda səfərdə olan İtaliya Senatının nümayəndələrinin oktyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşündə səslənmişdir. Komitənin sədri Səməd Seyidov demişdir ki, İtaliya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və bu gün iki dost ölkə arasında əlaqələr yüksək səviyyədədir. Münasibətlərimizin inkişafının hər iki tərəfin maraq dairəsində olmasının nəticəsidir ki, dövlətlərimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur. S.Seyidov Azərbaycanda İtaliya Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini, ali məktəblərdə tələbələrin italyan dilini maraqla öyrəndiklərini diqqətə çatdırmışdır. O, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İtaliya Senatının üzvlərinə minnətdarlığını bildirmişdir.

İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldi demişdir ki, İtaliyada Azərbaycana böyük maraq vardır. Bu maraq əlaqələrimizi daha da genişləndirməyə imkan yaradır. Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin təşkili və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video