16:51 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İtaliya KİV-ləri Qanlı Yanvar faciəsindən yazırlar
 
ANA SƏHİFƏ / SİYASƏT
00:08 21.01.2021

İtaliyanın nüfuzlu “Il Giornale” qəzeti və “KmetroO”, “Agenzia Nova”, “Giornale Diplomatico” kütləvi informasiya vasitələrində Qara Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı məlumatlar dərc olunub.

Məlumatlarda 1990-cı il 19 yanvardan 20 yanvara keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə fövqəladə vəziyyət elan etmədən sovet ordusunun 30 minə yaxın qüvvələrinin Bakı şəhərinə yeridildiyi və bunda məqsədin SSRİ rəhbərliyinin Dağlıq Qarabağ problemi ilə bağlı birtərəfli, qərəzli və ədalətsiz siyasətinə etiraz edən dinc azərbaycanlı əhalini susdurmaq olduğu bildirilib. Faciə nəticəsində 147 mülki şəxslərin həyatını itirdiyi və təxminən 800-ə yaxın mülki şəxsin yaralandığı qeyd olunub.

Yazılarda Human Rights Watch təşkilatının "Azərbaycanda Qara Yanvar" adlı hesabatında sovet qoşunlarının yanvarın 19-dan 20-nə keçən gecə törətdikləri zorakılıqların azərbaycanlıların müqaviməti ilə bir ölçüyə sığmadığı, bunun kollektiv cəzalandırma olduğunun vurğulandığı bildirilib.

Dərc olunmuş yazılarda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən videoformatda keçirilmiş anım tədbirinə dair məlumatlar da yer alıb. Həmin məlumatlarda aidiyyəti üzrə tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Roma Sapienza Universitetinin dosenti Daniel Pommier Vincelli, araşdırmaçı jurnalist Domeniko Letisiya, Azərbaycan İtaliya Birliyinin vitse-prezidenti Cuzeppe Kaniliyanın çıxış etdiyi qeyd olunub. Həmin anım tədbirində səfir Məmməd Əhmədzadənin 20 Yanvar faciəsinə səbəb olan hadisələr və bu faciənin acı nəticələri haqqında danışdığı, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və faciəyə layiqli siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri haqqında məlumat verdiyi, 20 Yanvar faciəsinin Azərbaycanın milli kimliyinin formalaşmasına göstərdiyi həlledici təsirdən, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmasından, məhz bu faciədən sonra milli azadlıq hərəkatının tam siyasi reallığa çevrilməsindən və Azərbaycan xalqının öz gələcəyini yalnız müstəqil Azərbaycanda görməsindən bəhs etdiyi bildirilib.

Habelə diplomatın çıxışında Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illər ərzində üzləşdiyi faciələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün acı nəticələri barədə də məlumat verdiyi, ötən illərdən fərqli olaraq bu il 20 Yanvar şəhidlərimizi tamam fərqli bir vəziyyətdə yad etdiyimizi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımızı işğaldan azad etdiyini, Qarabağ həsrətimizə son qoyulduğunu və üçrəngli bayrağımızın Şuşa şəhərində ucaldıldığını bildirdiyi qeyd olunub. Səfirin “Vətənin müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu şaddır, çünki onların qanı yerdə qalmamışdır” fikrinə də yer verilib.

Məlumatlarda, eləcə də həmin tədbirdə çıxış edən digər natiqlərin fikirlərinə yer verilib və onların SSRİ-nin son illərində baş vermiş proseslər, 20 Yanvar faciəsi və onun Azərbaycandakı siyasi vəziyyətə və ölkənin dövlət müstəqilliyinin bərpasına göstərdiyi təsir, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycanın müstəqillik illərində keçdiyi yol, ölkəmizin sosial-iqtisadi inkişaf və regional və beynəlxalq əməkdaşlığın təşviqində rolu, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, Azərbaycanın multikulturalizm modelinin dünya üçün nümunə olması, 30 ilə yaxın müddətdən sonra nəhayət Azərbaycan torpaqlarının işğaldan azad olunması və bunun bölgədə yeni tarixi mərhələnin başlanğıcı olması barədə danışdıqları qeyd edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM