25 Fevral 2021 14:16
664
SİYASƏT
A- A+

İsveçrədəki soydaşlarımız cenevrəli deputatları sülhə səs verməyə çağırıblar

 

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Cenevrə kantonu parlamentinin üzvlərinə müraciət edib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müraciətdə təəssüflə qeyd edilib ki, ötən il erməni əsilli deputat tərəfindən Cenevrə kantonunun parlamentinə qondarma “Dağlıq Qarabağ respublikası”na müstəqillik statusu verilməsinə dair R936 saylı qətnamə layihəsi təqdim olunub. 30 ilə yaxın dönəmdə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar, azərbaycanlılara qarşı etnik təmizləmə və terror siyasəti apardığı, 1 milyona yaxın azərbaycanlının doğma torpaqlarından didərgin salındığı, Qarabağın Ağdam şəhərinin "Qafqazın Xirosiması"na çevrildiyini xatırladan soydaşlarımız cenevrəli deputatları bu qətnamə layihəsinə səs verməməyə çağırıblar.

“İsveçrədə yaşayan azərbaycanlılar olaraq sizi sözlə inandırmağa çalışmırıq. Səsvermədən öncə bir dəqiqə susub Birinci və İkinci Qarabağ müharibəsində həlak olmuş insanlar haqqında fikirləşməyinizi xahiş edirik. Hər iki müharibə Ermənistan ərazisində deyil, Azərbaycan ərazisində aparılıb. İnsanların 30 il öncəki kimi sülh şəraitində yaşamaları üçün xüsusi status lazım deyil”, - deyə soydaşlarımız vurğulayıblar.

Müraciətin sonunda xirosimalı qız Sadako Sasakinin kədərli hekayəsini xatırladan soydaşlarımız deputatlara sülh və müharibəsiz həyat naminə birlikdə kağızdan durna-oriqami düzəltməyi və öz adlarından İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının ünvanına göndərməyi xahiş ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video