06:43 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İsveçli jurnalistlər ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti barədə məlumatlandırılıb
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:14 20.09.2021

 

Sentyabrın 20-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan isveçli jurnalistlər Tomas Vederus, Sofiya Rordam, Mikael Strandberq və Kristian Peterson ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə qonaqlara ətraflı məlumat verilib. Təcavüzkar və işğalçı Ermənistanın bir milyona yaxın azərbaycanlını öz tarixi yaşayış yerlərindən didərgin saldığı, bu zaman çoxsaylı hərbi cinayətlər törətdiyi, 30 ilə yaxın bir müddətdə xalqımıza çox böyük maddi-mənəvi zərər vurduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparılır. Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir və məcburi köçkünlərdə dərin razılıq hissi doğurur.

Qonaqlara torpaqlarımızın işğaldan azad edilməsi, həmin ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri və bərpa-quruculuq işləri barədə də məlumat verilib. Məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllülük əsasında və ləyaqətlə öz torpaqlarına qayıtması üçün dövlət tərəfindən bütün zəruri tədbirlərin davam etdirildiyi qeyd olunub.

İsveçli jurnalistlər ölkəmizin postmünaqişə dövründəki vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiklərini, səfər çərçivəsində işğaldan azad edilmiş rayonlara gedəcəklərini bildiriblər.

Görüşdə qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM