18 Yanvar 2012 01:01
388
İQTİSADİYYAT
A- A+

İstehlakçı məhsulu keyfiyyətinə görə qiymətləndirir

 

Bu gün iqtisadiyyatımıza töhfə verən neçə-neçə gərəkli müəssisə, istehsal sahəsi dövlətin sahibkarlıq, özəl bölmə qarşısında yandırdığı "yaşıl işıq" sayəsində yaranıb. Təsadüfi deyil ki, hazırda özəl bölmədə istehsalın həcmi ölkənin ümumi sənaye məhsulunun 81 faizdən çoxunu təşkil edir.

Özünü doğruldan, məhsulu rəğbətlə qarşılanan belə istehsal sahələrindən biri də "Füzuli" kiçik müəssisəsidir. Burada yağla işləyən transformatorlar istehsal olunur. Transformatorların gücü eyni deyil. Belə ki, onların arasında gücü 10 kVA-dan 1600 kVA-dək olan müxtəlif transformatorlar var. Müəssisədə eləcə də kompleks transformator dayaqları və yüksək gərginlikli paylayıcı qurğular istehsal edilir.

"Füzuli"nin məhsulları ölkənin bütün regionlarında rəğbətlə qarşılanır. İstehlakçılar onları yüksək keyfiyyətinə görə qiymətləndirirlər.

 

Foto Fərman Bağırovundur

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video