13:42 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“İstedadlı tərcüməçi”lər

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:30 19.06.2021

 

İlyarımdır ki, həyatımızı çənginə alan COVID-19 pandemiyası iqtisadiyyata və sosial sferaya ağır zərbə vursa da, yeni texnologiyaların yaranmasına və təkmilləşdirilməsinə təkan verib. Belə ki, bir çox gündəlik tələbatımızın təmassız ünsiyyət vasitəsilə həll olunması texnoloji avadanlıqların inkişafına səbəb olub.

 Müasir dünyamızda köməyimizə çatacaq ixtiralardan biri 5G və daha da sürətli naqilsiz qulaqcıqlardır. Çinin “Timekettle Technologies” şirkəti artıq tərcüməçi qulaqcıqların satışına başlayıb. Bu cihaz hazırda özündə 40 dili birləşdirir. Texnologiyanın son nailiyyətlərindən olan “tərcüməçi qulaqcıq” dünya əhalisinin 95 faizinə bu yenilikdən yararlanmaq imkanı yaradır. Ən əsası isə onlar internet şəbəkəsinə qoşulmadan çalışırlar. Cəlbedici görünüşə sahib olan bu qulaqcıqlar yüksək və aydın səsə, nəm və tozdan qorunmaya, sürətli şarj imkanlarına malikdirlər.

  Daha öncəki illərdə müxtəlif şirkətlər tərcüməçi qulaqcıqları təqdim etmişdilər. Lakin onlardan istifadə edilərkən bəzi problemlər meydana çıxmışdı. Əsas problem onların bəzi sözləri səhv tərcümə etməsi idi. Bu da onların kifayət qədər populyarlıq qazanmasına əngəl oldu. Lakin texnologiyanın sürətli inkişafı bu problemi də tezliklə həll etdi.

 

Aydan XƏLİLOVA,

Ülkər XASPOLADOVA,

Azərbaycan



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM