11 Mart 2012 03:03
559
Oxucu məktubları
A- A+

İstedad axtarışı, yoxsa «SMS oyunu»

 

Hörmətli redaksiya! "ATV" kanalında yayımlanan "Tanıdım Səni" televiziya müsaqibəsi ilə bağlı fikirlərimi qəzetinizin oxucuları ilə bölüşmək istəyirəm.  Əlbəttə, istedadların axtarılması, üzə çıxarılması və təbliği çox yaxşıdır. Amma baxır necə. Respublikamızın müxtəlif bölgələrini təmsil edən gənc istedadların çıxışları, həqiqətən, alqışa layiqdir. Onlar musiqi, rəsm, idman və başqa sahələrdə öz bacarıqlarını nümayiş etdirirlər. Ən uğurlu çıxışı, ən yaxşı ifanı müəyyən etmək isə təbii ki, münsiflər heyətinin vəzifəsidir. Təəssüf ki, bir çox telekanalların zərərli vərdişə çevirdiyi "SMS" burada da əsas meyar rolu oynayır.

Bir də görürsən ki, müsabiqənin zəif bir iştirakçısı bütün maneələri "SMS"-lərin "köməyi" ilə çox asanlıqla keçib önə çıxır. Qalib gəlmək üçün fitri istedad əsas şərt olsa da, dost-tanışı hesabına toplanan "SMS" ballarla istedadsızların daha güclü rəqiblərini üstələmələrinin şahidi oluruq.

Mən özüm bir çox tanışımla bu verilişlə bağlı fikir mübadiləsi aparmışam. Onların hamısının da yekdil rəyi bu oldu ki, qalibi SMS-lə  müəyyən etmək yolverilməzdir. Bu istedadsız "istedad"ın özünə ziyandır, onun yaşıdlarının heysiyyətinə toxunur, verilişi gözdən salır. Ən nəhayət, belə çıxmırmı ki, kimin qohum-əqrəbası, tanış-bilişi, SMS göndərəni çoxdursa, qələbə ona verilməlidir. Bəs bu qalibin sabahı necə olacaq?! Axı tamaşaçı ağı-qaradan, yaxşını-pisdən ayırmağı bacarır.  

 

Orxan VƏLİYEV,

Bərdə şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video