08 Dekabr 2011 01:12
345
SİYASƏT
A- A+

İstanbulda İkinci İşgüzarlıq Sammiti keçirilmişdir

 

Tədbirdə Leyla xanım Əliyevanın təşəbbüsü yüksək qiymətləndirilmişdir

 

Dekabrın 3-dən 6-dək İstanbulda "İşgüzarlıq, dəyərlər və inkişaf" adlı İkinci İşgüzarlıq Sammiti keçirilmişdir.

İslam Konfransı Gənclər Forumundan AzərTAc-a bildirmişlər ki, ABŞ Prezidenti Barak Obamanın 2009-cu ildə məlum Qahirə çıxışından sonra bu layihəyə start verilmiş və 2010-cu ildə ABŞ hökumətinin ev sahibliyi ilə birinci sammit keçirilmişdir. Bir sıra dövlətlərin nazirlərinin, ABŞ-ın vitse-prezidenti Corc Baydenin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunun, o cümlədən 5 minədək qonağın iştirak etdiyi tədbirdə İƏT Gənclər Forumunun təşkilatçılığı ilə sammitin tərkib hissəsi olaraq "İnkişaf çağırışlarına yeni nəslin cavabı: İƏT Gənc İş Adamları Şəbəkəsi (ICYEN) - İƏT-in üzvü olan ölkələrdə gənc işgüzarlar üçün yeni platforma" mövzusunda xüsusi panel təşkil olunmuşdur. Panelin əsas mövzusu olan, İƏT Gənclər Forumunun və Azərbaycan hökumətinin təşkilatçılığı ilə noyabrın 22-23-də Bakıda keçirilmiş beynəlxalq konfransda təsis olunan İƏT Gənc İş Adamları Şəbəkəsinin təqdimatı keçirilmişdir.

Tədbirdə həmçinin  Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən "Dünyanı dəyişə biləcək 10 gənc müsəlman" adlı beynəlxalq mükafatın təqdimatı keçirilmişdir. Paneldə çıxış edən İƏT Gənclər Forumunun baş katibi səfir Elşad İskəndərov, SESRTCIC və Türkiyə Palatalar və Birjalar İttifaqını (MUSİAD) təmsil edən natiqlər Leyla xanım Əliyevanın bu təşəbbüsünü yüksək qiymətləndirmiş, mükafatın, həmçinin adıçəkilən şəbəkənin İƏT-in üzvü olan ölkələrdə gənclərin işgüzarlığının perspektivlərinə müsbət təsir göstərəcəyini vurğulamışlar.

Natiqlər həmçinin qeyd etmişlər ki, Gənc İş Adamları Şəbəkəsi İƏT-in üzvü olan ölkələrdə fəaliyyət göstərən gənc iş adamları üçün birgə platforma rolunu oynamaqla onlar arasında biznes məlumat mübadiləsi aparmağa, iqtisadiyyatın inkişafına töhfə verə biləcək biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradır.

ABŞ Prezidentinin İƏT-in üzvü olan ölkələr üzrə xüsusi nümayəndəsi Rəşad Hüseynin də iştirak etdiyi tədbirdə şəbəkənin dünya işgüzarlıq strategiyasının tərkib hissəsi olması haqqında qərarın sammitin yekun qətnaməsinə salınması təklifi dəstəklənmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video